Avropa İttifaqı (Aİ) sözçüsü Kristian Viqand Brüsselin Kiprin namizədliyini dəstəkləməyə davam etdiyini təsdiqlədi. Gürcüstan 2027-ci il üçün ATƏT-ə sədrlik etmək istəyir, lakin Avropa İttifaqı onun namizədliyinə qarşı çıxır.
Elchi.az xəbər verir ki, bu barədə Brüsseldə yerləşən “Outlet Reporter” (əvvəlki adı “Euractiv”) məlumat verib.
Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili bildirib ki, Tbilisi sədrlikdə maraqlıdır və təşkilatın bütün iştirakçı dövlətləri ilə əməkdaşlıq etməyə hazırdır. Lakin Avropa İttifaqı Gürcüstanın namizədliyinə qarşı çıxır. Aİ sözçüsü Kristian Viqand təsdiqləyib ki, Brüssel Kiprin namizədliyini dəstəkləməyə davam edir və alternativləri müzakirə etmir, deyə məlumatda bildirilir.
ATƏT-də 2027-ci il sədrliyi məsələsi ilə bağlı vəziyyət dalana dirənib. Kipr yeganə rəsmi namizəddir, lakin Türkiyə onun namizədliyinə mane olur. Bu vəziyyət Gürcüstana özünü alternativ kimi təqdim etmək imkanı yaradır. KİV-in məlumatına görə, xüsusilə Baltikyanı ölkələr Gürcüstanın namizədliyinə qarşı çıxırlar.
ATƏT-in Nazirlər Şurasının növbəti iclası 3–4 dekabr tarixlərində Luqanoda keçiriləcək.
Yeganə





















