İsrailin baş naziri Binyamin Netanyahu İsrailin işğalı altında olan Qolan təpələrində druzların lideri Şeyx Mufavak Tarif ilə görüşüb.
Elchi.az xəbər verir ki, İsrailin Baş Nazirlik Ofisi dünənki görüşün druzların lideri ilə Tel-Əviv hökuməti arasında “davam edən koordinasiya”nın bir hissəsi olduğunu açıqlayıb.
Açıqlamada Tarifin Suriyanın cənubunda, druzların məmləkəti olan Sveyda şəhərində yerləşdiyi və iyulun 13-də baş verən toqquşmalardan dərhal sonra görüşdüyü qeyd edilib və o, həmçinin druzları qorumaq üçün İsrailə qarşı hərbi hücuma çağırıb.
Suriyada druzları rejimə qarşı qızışdırmağa və bölgədə sabitliyi pozmağa çalışan İsrail tez-tez Suriya ordusunun ölkənin cənubunda mövcudluğunu saxlamaqla təhdid edir. İyulun 13-də Suveydada baş verən qarşıdurmaya İsrail müdaxilə edərək, Suriya ordusuna və Dəməşqdəki Prezident iqamətgahı yaxınlığındakı Baş Qərargah binasına hücum edib.
Şayəstə Hüseynova


















