Xarici işlər naziri Hakan Fidan Malayziyanın xarici işlər naziri Məhəmməd Həsənlə telefonla danışıb.
Elchi.az xəbər verir ki, diplomatik mənbələrdən alınan məlumata görə, nazir Fidan Malayziyalı həmkarı Məhəmməd Həsən ilə telefon danışığı aparıb.
Fidan Həsəni xarici işlər naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib, ona uğurlar arzulayıb. İkitərəfli münasibətlərin və regional məsələlərin də müzakirə olunduğu görüşdə Türkiyə-Malayziya əlaqələrinin daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi razılaşdırılıb.
Nuranə Məmmədova