Britaniya Gəmiçilik Təşkilatı Yəmən sahillərində bir gəminin raketlə vurulduğunu bildirib. Yəməndə İranın dəstəklədiyi husilər son vaxtlar İsrailin Qəzzaya hücumlarına cavab olaraq ticarət gəmilərinə hücum edir.
Elchi.az xəbər verir ki, KMTO-nun bəyanatında deyilir ki, kapitan gəminin Yəmənin Ədən şəhəri yaxınlığında raketlə vurulduğunu bildirib.
Açıqlamada, yaxınlıqdakı gəmilərə diqqətli şəkildə tranzit keçmələri və hər hansı şübhəli fəaliyyət barədə quruma məlumat vermələri tövsiyə edilib.
Nuranə Məmmədova