Şimali Atlantika Alyansı yaxın aylarda Arktika bölgəsində təlimlər və digər tədbirlər keçirməyi planlaşdırır.
Elchi.az xəbər verir ki, bu barədə NATO Hərbi Komitəsinin sədri, admiral Cüzeppe Kavo Draqone mətbuat konfransında bildirib.
“Biz, şübhəsiz ki, Arktikanı müzakirə etdik. NATO-nun Arktikada təlimləri və digər fəaliyyəti yaxın aylara hazırlanır”, — deyə Draqone Baş Qərargah rəisləri səviyyəsində keçirilən Hərbi Komitə iclasının yekunlarını şərh edərkən bildirib.
Məryəm





















