Söhbət federal istiqrazlardan gedir.
Elchi.az xəbər verir ki, Rusiya dost ölkələrin milli valyutalarında federal dövlət istiqrazlarının buraxılmasına başlayacaq. Bunu Rusiyanın baş naziri Mixail Mişustin maliyyə suverenliyinin təmin edilməsi üzrə strateji sessiyada deyib.
Mişustinin qeyd etdiyi kimi, hökumət hazırda Rusiya ilə tərəfdaşlığı dəstəkləyən və ya ondan imtina edən ölkələrin milli valyutalarında federal kredit istiqrazlarının buraxılması məsələsi üzərində işləyir.
“Federal kredit istiqrazlarının və dost valyutalarda digər alətlərin buraxılmasına başlamaq məsələsi üzərində iş aparılır”, – Baş nazir bildirib.
Mişustin onu da vurğulayıb ki, indi bir çox rus emitentləri, o cümlədən çox iri emitentlər müstəqil olaraq yuanla ödəniş etməklə Çin borc bazarına daxil olmağa başlayıblar.
Şayəstə