“İnter Mayami”nin futbolçusu Lionel Messi MLS-in adi mövsümündə “Nyu-York Siti” klubu ilə matç üçün heyətə daxil edilməyib. Zədəli Jordi Alba da heyətdə yoxdur. Serxio Buskets ilk dəqiqələrdən meydana çıxacaq.
Elchi.az xəbər verir ki, “İnter Mayami”nin baş məşqçisi Xavyer Morales matçdan əvvəl Messinin zədəsinin oynamağa imkan verməyən olduğunu bildirib.
Morales, “Biz onun özünü necə hiss etdiyini öyrənmək üçün tibb işçiləri və futbolçunun özü ilə əlaqə saxlayırıq. Qarşıda onun oynaya biləcəyini anlayacağımız bir məşq var”- deyib.
Messi iki il Fransanın Paris Saint-Germain komandasında oynadıqdan sonra 2023-cü ilin yayında İnter Mayamiyə keçdi. O, ilk oyunda cərimə zərbəsindən qol vuraraq klubda debüt edib. Onun uğurlu seriyası doqquz oyunda dayanıb. “İnter Mayami”də keçirdiyi 12 oyundan sonra Messinin hesabında 11 qol və 5 məhsuldar ötürmə var. Avqustun 20-də argentinalı Amerikada ilk kubokunu qazandı. “İnter Mayami” turnirin final oyununda “Naşvill”i penaltilər seriyasında məğlub edərək (10:9) Liqa Kubokunun qalibi olub.
Nuranə Məmmədova