Rusiya Müdafiə Nazirliyi Donetsk vilayətinin Makeyevka şəhərində yüzlərlə hərbçinin məhv edilməsində günahı “dxr” separatçılarının və səfərbər edilmiş qüvvələrin üzərinə atmağa çalışır.
Elchi.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.
“Yanvarın 1-də Ukrayna Silahlı Qüvvələri işğal altındakı Makeyevkada dəqiq zərbə sayəsində 400-ə yaxın rus hərbçisi məhv edilib, 300-ə yaxın isə yaralanıb. Rusiya Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrinin Makeyevkada bir qrup rus hərbçisini məhv etdiyini təsdiqləsə də, itkilərin Ukrayna tərəfinin elan etdiyindən xeyli az olduğunu bildirib. Onlar çox güman ki, zəif əməliyyat təhlükəsizliyinə görə günahı “dxr” rəsmilərinin üzərinə atmağa çalışır. Separatçılar isə Rusiya dövlət telekanallarına bildiriblər ki, zərbə Rusiya hərbçilərinin şəxsi mobil telefonlarından istifadə edərək əməliyyat təhlükəsizliyini pozmasına görə baş verib”, – məlumatda deyilib.
Niderland İraqda İŞİD-ə qarşı 12 illik hərbi missiyasını yekunlaşdırıb
Niderland İraqda "İslam Dövləti" (İŞİD) terror qruplaşmasına qarşı "Inherent Resolve" ("Sarsılmaz qətiyyət") beynəlxalq əməliyyatında iştirakını başa çatdırıb. Elchi.az xəbər verir...






















Son şərhlər