Lord Mod: "Azərbaycan xarici şirkətlər üçün əlverişli ölkədir"


"Azərbaycan xarici şirkətlər üçün əlverişli ölkədir". İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, bu barədə Böyük Britaniyanın Ticarət və İnvestisiyalar üzrə dövlət naziri Fransis Mod Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevlə gürüşündə bildirib.
Lord Modun sözlərinə görə, Böyük Britaniya-Azərbaycan iqtisadi əməkdaşlığının mühüm tarixi var:“BP-nin ölkənizdəki uğurlu və uzunmüddətli fəaliyyəti bir daha göstərir ki, Azərbaycan xarici investisiyalar üçün açıq ölkədir və xarici şirkətlərin müxtəlif sahələrdə fəaliyyəti üçün əlverişli şərait yaradılıb”.