"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result

“Kənd təsərrüfatı nazirinin yarmarkada nə işi var?”

20 Mart 2015 - 09:32
in Kateqoriyasız
FacebookVatsap

26418“Bizdə elmi tədqiqat toxumçuluq institutu vardı, onun aqronom rəhbərini çıxarıb yerinə hesabdarı qoyublar”

Bunu da oxuyun

“Rusiya danışıqlar dövründə atəşkəs elan etməyəcək” – Lavrov

İrandan ölkələrə çağırış: ABŞ sanksiyalarına əməl etməyin

Avropa Liqası: “Beşiktaş”ın rəqibləri bilinib

Tanınmış iqtisadçı ekspert, kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov Moderator.az-ın suallarını cavablandırıb:
 
-Vahid müəllim, bu günlərdə millət vəkili Qüdrət Həsənquliyev Moderator.az-a müsahibəsində belə bir fikir işlətdi ki, Azərbaycanın münbit torpaqları azdır və əhalini yedizdirmək, ərzaq tələbatımızı ödəmək iqtidarında deyil. Doğrudanmı belə bir dilemma qarşısındayıq?
-Məhsuldarlığın azalmasını yalnız torpağın keyfiyyəti ilə bağlamaq düzgün deyil. Ona görə ki, Azərbaycanda keyfiyyətli toxum yoxdur. Azərbaycan bir çox kənd təsərrüfatı təyinatlı bitkilərin toxumunu xaricdən gətirir. Xaricdən gətirilən toxum da günün tələbinə cavab vermir. Avropa ölkələri ən yaxşı toxumu özləri istifadə edirlər. Baxın, bizim fermerlər ərzaq üçün nəzərdə tutulan, toxum standartına cavab verməyən buğdadan toxum kimi isrifadə edirlər. Əlbəttə, toxum aşağı keyfiyyətli olanda onun məhsuldarlığının yüksək olacağını gözləməyə dəyməz. Digər tərəfdən, torpağın funksiyası yalnız bitkini qidalandırmaq deyil. Çalışmaq lazımdır ki, torpaqada bitkiyə lazım olan elementlər olsun. Həmin elementlər müəyyən funksiya daşıyıcılarıdır. Onlar bitki üçün yalnız qida deyil. Əslində bitki üçün qida fotosintez prosesi zamanı təmin olunur. Bu prosesə qədər də çalışmaq laızmdır ki, bitki sağlam olsun. Bundan sonra fotosintez prosesi normal gedəcək və nəticədə məhsuldarlıq yüksək olacaq. Suvarmayla bağlı bizdə ciddi problemlər var. Ümumiyyətlə, qlobal iqlim dəyişikliyinin baş verdiyi dünyada yaşayırıq və adətən son vaxtlar yağan yağışlar da şiddətli olur,  küləklə müşayət olunduğundan kənd təsərrüfatına xeyirdən çox ziyan vurur. Yəni bitkinin suvarmayla təminatını yalnız yağışın ümidinə buraxmaq olmaz. Son zamanlar zərərvericilər də bitkiçilik üçün ciddi problemə çevrilib və təkcə Azərbaycanda deyil, bütün dünya ölkələri bu bəlayla üz-üzə qalıb. Ola bilsin bu da qlobal iqlim dəyişikliyinin nəticəsidir. Bunun da qarşısını almaq üşün bəzi halda kimyəvi preparatlardan istifadə olunur, digər halda bioloji metodlara üstünlük verilir. Azərbaycanda bütün bu işlər sistemli şəkildə qurulmur. Başqa bir problem də bizdə kifayət qədər texnikanın olmamasıdır. Yəni fermerlər istər əkin-səpin, istərsə də hazır məhsulun vaxtında yığılmasında ciddi problemlər yaşayırlar. Yəni müddət uzanırsa, yaxşı məhsuldarlıq gözləmək mümkün deyil. Çünki hər bir bitkinin bəlli vegetasiya müddəti var və vaxtın düzgün seçilməməsi son nəticədə aşağı məhsuldarlığa səbəb olur. Doğrudur, Azərbaycanda bəzi torpaqlarda şoranlaşma gedir. Amma bunu bütün Azərbaycana şamil etmək doğru olmazdı. Amma insan istəsə çox şeyə qadir olduğunu sübut edə bilər. Müqayisə üçün Niderlandı götürək. Təsəvvür edin ki, orada dənizin ərazisini götürüb torpağını münbitləşdirirlər, çox yüksək nəticəyə də nail olurlar. Eləcə də İsraili götürək. Bilirsiniz ki, İsrail çox isti iqlimi olan ölkədir və ordakı torpaqların münbitliyi çox problemlidir. Amma buna baxmayaraq İsraildə taxılçılıqda məhsuldarlıq bizdəkindən ən azı 3 dəfə artıqdır. Tərəvəzçilikdə isə onlar çox yüksək nailiyyət əldə ediblər. İstixana şəraitində İsrail də, Niderland da pomidor istehsalını hektardan min tona çatdırıblar. Bir hektar istixanadan min ton pomidoru təsəvvür edirsinizmi? Onlar da əldə etdikləri gəlirdən həm torpaqlarının münbitləşməsi istiqamətində çeşidli proqramlar həyata keçirirlər, həm də külli miqdarda qazanc götürürlər.
 
-Hektardan min ton inanılası deyil. Heç qarpız bu qədər məhsul vermir. Onda pomidor ağacından söhbət gedir?
-Tamamilə doğrudur. Təbii ki, mən də bu rəqəmlərə şübhə ilə yanaşanları başa düşürəm, amma doğrudan da artıq pomidopr ağacı yetişdiriblər. Bu da elmin nailiyyətlərindən biridir. Israilin elmi kifayət qədər inkişaf etmiş ölkə olduğunu sübut etməyə mənə elə gəlir ki, heç ehtiyac da yoxdur. Başqa bir misal gətirim. Israildə hər inəkdən il ərzində 12 ton süd sağılır. Azərbaycanda isə bu göstərici 1,4 tondur. Yəni təxminən 9 dəfə Azərbaycandan çoxdur. Amma istənilən halda bu gün Azərbaycanda torpaqların keyfiyyəti ilə bağlı, yaxud da yararlı torpaqların az olmasını səbəb gətirmək haqsızlıq olardı.
 
-Azərbaycanın yüz minlərlə hektar şoranlaşmış yararsız torpaqları var. İndi elmin elə bir inkişaf dövründə yaşayırıq ki, az qala gedib Marsada pomidor və ya çiyələk yetişdirmək istəyi baş qaldırıb. Elə isə Azərbaycandakı bu şoranlaşmış torpaqları yararlı hala salmaq çoxmu xərc tələb edir?
-Şoran torpağı münbitləşdirmək üçün elə böyük xərc lazım deyil. Hətta sizə deyim, həmin şoranlaşmış torpaq sahələrində çəltik yetişdirmək istəyən fermer həm yüksək məhsul götürə bilər, həm də həmin torpaqdakı duz təbii yolla yuyularaq onu münbitləşdirəcək. Həmin sahələri təbii yolla yumaq üçün suyumuzmu yoxdur? Bizim su potensialımız tələbimizdən 10 dəfə çoxdur. Amma bu gün fermer su axtaranda tapa bilmir. Bu isə idarəetmədəki ciddi problemlərin nəticəsidir. Həmin sahədə qeyri-peşəkarlar cəmləşib. Onlar bu sahəni öz aləmlərində idarə edirlər, amma əslində onu məhv edirlər. Onlara məsləhət verəndə də bundan qıcıqlanırlar və qəbul etmirlər, ona görə də kənd təsərrüfatındakı problemlərimiz get-gedə dərinləşir. Baxın, torpaq qıtlığı çəkən yaponlar artıq bütün hündürmərtəbəli binaların üstündə kənd təsərrüfatı məhsulu yetişdirirlər. Amma Azərbaycanın gül kimi torpağı ola-ola xaricdən gətirilən mıəhsula möhtac qalmışıq. Əslində bu da məmurların siyasətidir ki, Azərbaycan torpaqlarının qeyri-məhsuldar olmasını ictimai rəyə təlqin etsinlər. Çünki onlar idxal olunan məhsullardan yaxşı gəlir əldə edirlər və  bu sahənin monopolistləri kənd təsərrüfatının inkişafına imkan vermir. Mən əminliklə bildirirəm ki, Azərbaycanın torpağı və iqlim şəraiti imkan verir ki, indikindən 3 dəfə artıq kənd təsərrüfatı məhsulu istehsal edə bilək.
-Kənd təsərrüfatı ilinin artıq 3 ayı arxada qalıb. Amma nəsə bir irəliləyiş hiss olunmur, deyəsən məmurlar bu 3 ayı yelə veriblər…
-Təəssüf olsun ki, siz 3 ay deyirsiniz, amma il də məncə havaya gedəcək. Bu da onunla bağlıdır ki, qeyri-peşəkarlar bu sahəni cənginə alıblar və əslində bunlar heç öz işlərinin nədən ibarət olduğunu bilmirlər. Siz bunları harda görürsünüz? Yarmarkalarda. Axı kənd təsərrüfatı nazirinin yarmarkada nə işi var?
-Haqlı sualdır. İki gün öncə Moderator.az-ın əməkdaşı bir neçə yarmarkaya baş çəkib əslində hər şeyin “pokazuxa” olduğunu ortaya qoymuşdu. 
-Axtarış verin görün hansı ölkədə nazir kənd təsərrüfatı yarmarkasına gedir və satış prosesinə nəzarət edir? Axı nazir satış olan yerdə deyil, həmin məhsulların istehsal olunduğu yerlərdə olmalıdır. Nazir gedib fermerin dərd-sərini dinləməli, onun toxum, suvarma, texnika təminatı, zərərvericilərə qarşı mübarizə qayğılarının necə aradan qaldırılmasının yollarını aramalıdır. Amma təəssüflər olsun ki, bizdə qurmaq yox, dağıtmaq xətti götürülüb. Bizdə elmi tədqiqat toxumçuluq institutu vardı, onun aqronom rəhbərini çıxarıb yerinə hesabdarı qoyublar. Bilirsiniz, bunlar problemi görə bilmədikləri üçün qeyri-peşəkarları, qohum-əqrəbalarını başlarına toplayıb strateji əhəmiyyət kəsb edən yerlərə yerləşdirilər, nəticədə bu sahə gündən-günə tənəzzülə doğru gedir. Düşünürəm ki, bütün bunlar gələcəkdə çox ciddi problemlər yaradacaq. Problem ondadır ki, həm Prezident Administrasiyasında, həm Nazirlər Kabinetində, həm də Kənd Təsərrüfatı Nazirliyndə qeyri-peşəkarlar vəzifələrə gətirilib. Onlar da iş görməkdən daha çox iş görüntüsü yaratmaqla məşğuldurlar. Yəni elə yerdə olurlar ki, orda televiziya olsun və çəkib onları göstərsin, amma problem də dərinləşsin.
Previous Post

“Kənd təsərrüfatı nazirinin yarmarkada nə işi var?”

Next Post

QHT fəalları ön cəbhədə

Bənzər yazılar

“Rusiya danışıqlar dövründə atəşkəs elan etməyəcək” – Lavrov

“Rusiya danışıqlar dövründə atəşkəs elan etməyəcək” – Lavrov

28 Avqust 2026 - 16:58

“Rusiya tərəfi Ukrayna üzrə nizamlanma çərçivəsində mümkün yeni yanaşmaları dinləməyə hazırdır”. Elchi.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri...

İrandan ölkələrə çağırış: ABŞ sanksiyalarına əməl etməyin

İrandan ölkələrə çağırış: ABŞ sanksiyalarına əməl etməyin

28 Avqust 2026 - 16:46

Bütün müstəqil ölkələr ABŞ-nin İrana qarşı iqtisadi müharibəsində iştirak etməkdən imtina etməli və İrana qarşı sanksiyalarının heçbirini tanımamalıdır. Elchi.az xəbər...

Avropa Liqası: “Beşiktaş”ın rəqibləri bilinib

Avropa Liqası: “Beşiktaş”ın rəqibləri bilinib

28 Avqust 2026 - 16:25

Bu gün UEFA Avropa Liqasının 2026/27 mövsümünün liqa mərhələsinin püşkü atılıb. Elchi.az xəbər verir ki, püşkatma Monakoda keçirilib. Mərasim Bakı vaxtı...

Kəlbəcərə diametri 15–20 mm olan dolu yağıb – FAKTİKİ HAVA

Kəlbəcərə diametri 15–20 mm olan dolu yağıb – FAKTİKİ HAVA

28 Avqust 2026 - 16:17

Avqustun 28-i saat 15:30-a olan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Elchi.az-a verilən məlumata görə, Kəlbəcər rayon mərkəzinə saat 14:42–14:55...

Next Post

QHT fəalları ön cəbhədə

QHT fəalları ön cəbhədə

Son xəbərlər

“Rusiya danışıqlar dövründə atəşkəs elan etməyəcək” – Lavrov

“Rusiya danışıqlar dövründə atəşkəs elan etməyəcək” – Lavrov

28 Avqust 2026 - 16:58
İrandan ölkələrə çağırış: ABŞ sanksiyalarına əməl etməyin

İrandan ölkələrə çağırış: ABŞ sanksiyalarına əməl etməyin

28 Avqust 2026 - 16:46
Avropa Liqası: “Beşiktaş”ın rəqibləri bilinib

Avropa Liqası: “Beşiktaş”ın rəqibləri bilinib

28 Avqust 2026 - 16:25
Kəlbəcərə diametri 15–20 mm olan dolu yağıb – FAKTİKİ HAVA

Kəlbəcərə diametri 15–20 mm olan dolu yağıb – FAKTİKİ HAVA

28 Avqust 2026 - 16:17
Azərbaycanın yeni daimi nümayəndəsi etimadnaməsini UNESCO-nun baş direktoruna təqdim edib

Azərbaycanın yeni daimi nümayəndəsi etimadnaməsini UNESCO-nun baş direktoruna təqdim edib

28 Avqust 2026 - 16:11
Suriya Prezidenti kürd lideri özünə müşavir təyin edib

Suriya Prezidenti kürd lideri özünə müşavir təyin edib

28 Avqust 2026 - 16:00
“Özümü birbaşa efirdə öldürəcəyəm”-Panikada olan saxta “beynəlxalq hüquq müdafiəçisi” intihar şantajına keçdi – VİDEO

“Özümü birbaşa efirdə öldürəcəyəm”-Panikada olan saxta “beynəlxalq hüquq müdafiəçisi” intihar şantajına keçdi – VİDEO

28 Avqust 2026 - 15:58
Bu binalar sökülə bilər

Bu binalar sökülə bilər

28 Avqust 2026 - 15:45
Bu tələbələr təhsil haqqı ödəməyəcək

Bu tələbələr təhsil haqqı ödəməyəcək

28 Avqust 2026 - 15:16
Tramp özünü ABŞ tarixinin “ən böyüyü” elan etdi

Tramp özünü ABŞ tarixinin “ən böyüyü” elan etdi

28 Avqust 2026 - 15:00
Sərkisyandan soruşurdum ki, nə baş verib… – Zülfüqarov

Sərkisyandan soruşurdum ki, nə baş verib… – Zülfüqarov

28 Avqust 2026 - 14:52
Baş nazirdən bu qanunla bağlı tapşırıq

Baş nazirdən bu qanunla bağlı tapşırıq

28 Avqust 2026 - 14:44
Nigar Fərhad sərbəst buraxıldı

Nigar Fərhad sərbəst buraxıldı

28 Avqust 2026 - 14:30
“Bakcell”in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın

“Bakcell”in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın

28 Avqust 2026 - 14:14
Gürcüstan prezidenti 226 nəfəri əfv edib

Gürcüstan prezidenti 226 nəfəri əfv edib

28 Avqust 2026 - 14:00
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.