"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Spiker: 2003-cü ildə İlham Əliyevin Prezident seçilməsi ölkəmizin tarixində xüsusi yer tutur

16 Oktyabr 2026 - 11:57
in SİYASƏT
FacebookVatsap

Əlamətdar hadisələrdən biri 2003-cü il oktyabrın 15-də İlham Əliyevin ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçilməsi idi.

Bunu da oxuyun

Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib

Azərbaycan nümayəndə heyəti Türkmənistanda keçirilən OGT 2026 sərgisində iştirak etdi

Azərbaycanla Qırğızıstan arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş təsdiq olunub

Elchi.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında spiker Sahibə Qafarova bildirib.

Sahibə Qafarova deyib ki, iki gün sonra, oktyabrın 18-də xalqımız Müstəqilliyin Bərpası Gününü qeyd edəcək: “35 il öncə həmin gün Azərbaycanın yenidən dövlət müstəqilliyi qazanması müstəsna siyasi və tarixi əhəmiyyətli bir hadisə idi. Ölkəmizin müstəqilliyinin ciddi sınaqlara məruz qaldığı dövrdə, 1993-cü ilin iyununda Heydər Əliyevin ölkə rəhbərliyinə qayıtması dövlətçiliyimizin tarixində dönüş nöqtəsi oldu. Onun həyata keçirdiyi qətiyyətli tədbirlər sayəsində ölkənin parçalanması təhlükəsi aradan qaldırıldı, ictimai-siyasi sabitlik bərpa olundu, dövlət institutları möhkəmləndirildi. Ümummilli Lider milli dövlətçilik konsepsiyasını irəli sürdü və uğurla həyata keçirdi, dövlət müstəqilliyinə real siyasi, iqtisadi və hüquqi məzmun verdi, onun dönməzliyini təmin etdi, daxili və xarici siyasətin strateji hədəflərini müəyyənləşdirdi.

2003-cü ilin 15 oktyabr günü – İlham Əliyevin ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçildiyi gün ölkəmizin tarixində xüsusi yer tutur. Bu hadisə müstəqil dövlətçiliyimizin inkişafında yeni dövr açıb. Xalqımızın bu müdrik qərarı müasir Azərbaycanın tarixi qələbələrlə zəngin olan sonrakı inkişaf yolunu müəyyən edib.

Ulu Öndərin siyasi kursunun Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən layiqincə davam və inkişaf etdirilməsi nəinki əldə olunmuş nailiyyətləri qorumağa və artırmağa, həm də ən mühüm ümummilli vəzifələri yerinə yetirməyə imkan yaradıb.

Son dövrün ən böyük nailiyyətləri müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində və bir günlük antiterror əməliyyatında qazanılan tarixi qələbələr olub. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsi milli maraqların müdafiəsinə yönələn dövlət siyasətinin nəticəsidir. Bu möhtəşəm uğurlar Azərbaycanın tarixində yeni dövr açmış, dövlətimizin inkişafı üçün prinsipcə yeni siyasi və strateji şərait yaradıb.

Bu gün Azərbaycan azad edilmiş torpaqlarda iri miqyaslı bərpa işləri həyata keçirir.

Eyni zamanda, Azərbaycan beynəlxalq mövqelərini ardıcıl olaraq möhkəmləndirir, strateji tərəfdaşlıq əlaqələrini genişləndirir, regional sabitliyin təmin edilməsinə, əməkdaşlığın inkişafına və Cənubi Qafqazda möhkəm sülh yaradılmasına yönələn təşəbbüslərlə çıxış edir.

Yeri gəlmişkən, hörmətli həmkarlar, qeyd edim ki, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin VII Zirvə Görüşünün Bakıda keçirilməsi Azərbaycanın artan beynəlxalq nüfuzunun və uğurlu xarici siyasətinin növbəti bir göstəricisidir. Ölkəmizin sədrliyi ilə keçirilən bu böyük miqyaslı beynəlxalq tədbir dünyanın geniş bir məkanında çoxtərəfli əməkdaşlığın, siyasi dialoqun və qarşılıqlı etimadın möhkəmlənməsində dövlətimizin rolunu təsdiq edir.

Əminliklə söyləmək olar ki, Prezidentin liderliyi və xalqımızın birlik və həmrəyliyi dövlətimizin müstəqillik yollarında bundan sonra da inamla irəliləməsini təmin edəcək.

Əlamətdar haldır ki, Müstəqilliyin Bərpası Günü ərəfəsində, sabah ölkəmizdə Füzuli şəhəri günü, bir neçə gündən sonra Zəngilan şəhəri günü, daha sonra isə Qubadlı şəhəri günü qeyd olunacaq. Milli iradənin təntənəsini təcəssüm etdirən bu hadisələr Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixi qələbələrə nail olmuş Azərbaycan Respublikasının güc və qüdrətinin rəmzləridir”.

Previous Post

Azərbaycanda magistral kəmərləri ilə bu il 30 mlrd. kubmetrə yaxın qaz nəql olunub

Next Post

Mətbuat Şurasına yeni sədr seçilib

Bənzər yazılar

Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib

Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib

21 Oktyabr 2026 - 19:53

Oktyabrın 21-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Elchi.az xəbər verir ki, telefon...

Azərbaycan nümayəndə heyəti Türkmənistanda keçirilən OGT 2026 sərgisində iştirak etdi

Azərbaycan nümayəndə heyəti Türkmənistanda keçirilən OGT 2026 sərgisində iştirak etdi

21 Oktyabr 2026 - 19:03

Bu gün Azərbaycan nümayəndə heyəti Aşqabadda keçirilən "Türkmənistanın Neft və Qazı – 2026" (OGT-2026) adlı beynəlxalq konfrans və sərgidə iştirak...

Azərbaycanla Qırğızıstan arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş təsdiq olunub

Azərbaycanla Qırğızıstan arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş təsdiq olunub

21 Oktyabr 2026 - 17:25

“Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş” təsdiq edilib. Elchi.az xəbər verir ki,...

“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradılıb

“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradılıb

21 Oktyabr 2026 - 17:23

“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradılıb. Elchi.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan...

Next Post
Mətbuat Şurasına yeni sədr seçilib

Mətbuat Şurasına yeni sədr seçilib

Mətbuat Şurasının İdarə Heyətinin yeni tərkibi formalaşdırılıb

Mətbuat Şurasının İdarə Heyətinin yeni tərkibi formalaşdırılıb

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Efiopiyada PUA zərbəsi nəticəsində dörd nəfər ölüb

Efiopiyada PUA zərbəsi nəticəsində dörd nəfər ölüb

21 Oktyabr 2026 - 22:20
Türkiyə Qara dənizdə təhlükəsizlik üçün Rusiya və Ukrayna ilə təmasdadır

Türkiyə Qara dənizdə təhlükəsizlik üçün Rusiya və Ukrayna ilə təmasdadır

21 Oktyabr 2026 - 22:18
“Mançester Yunayted” İngiltərə klubları arasında avrokuboklar tarixində antirekorda imza atıb

“Mançester Yunayted” İngiltərə klubları arasında avrokuboklar tarixində antirekorda imza atıb

21 Oktyabr 2026 - 22:11
BMT Ukrayna üzrə üçtərəfli danışıqlar planlarını dəstəkləyib

BMT Ukrayna üzrə üçtərəfli danışıqlar planlarını dəstəkləyib

21 Oktyabr 2026 - 22:05
Əraqçi: İran diplomatiyaya daha bir şans verməyə hazırdır

Əraqçi: İran diplomatiyaya daha bir şans verməyə hazırdır

21 Oktyabr 2026 - 21:57
Pezeşkian: Tramp İranın neft-qazını istəyir

Pezeşkian: Tramp İranın neft-qazını istəyir

21 Oktyabr 2026 - 20:00
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib

Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib

21 Oktyabr 2026 - 19:53
Tünzalə Ağayevadan 50 yaşında özünə möhtəşəm hədiyyə – “100 dəfə 1000 dəfə”

Tünzalə Ağayevadan 50 yaşında özünə möhtəşəm hədiyyə – “100 dəfə 1000 dəfə”

21 Oktyabr 2026 - 19:28
Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib

Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib

21 Oktyabr 2026 - 19:23
Azərbaycan nümayəndə heyəti Türkmənistanda keçirilən OGT 2026 sərgisində iştirak etdi

Azərbaycan nümayəndə heyəti Türkmənistanda keçirilən OGT 2026 sərgisində iştirak etdi

21 Oktyabr 2026 - 19:03
Konstitusiya Məhkəməsi Plenumunun iclasında prokurorluğun sorğusu əsasında qərar qəbul olundu

Konstitusiya Məhkəməsi Plenumunun iclasında prokurorluğun sorğusu əsasında qərar qəbul olundu

21 Oktyabr 2026 - 18:49
Sabah Bakının iki rayonunun bəzi ərazilərində qaz olmayacaq

Sabah Bakının iki rayonunun bəzi ərazilərində qaz olmayacaq

21 Oktyabr 2026 - 18:35
Polis Akademiyasında mütəxəssislərin iştirakı ilə dərslər keçirilir

Polis Akademiyasında mütəxəssislərin iştirakı ilə dərslər keçirilir

21 Oktyabr 2026 - 18:27
Çin Rusiya, ABŞ və Çin liderləri arasında görüş hazırlayır

Çin Rusiya, ABŞ və Çin liderləri arasında görüş hazırlayır

21 Oktyabr 2026 - 18:19
İki avtobus marşrutunun hərəkət sxemi dəyişdirildi

İki avtobus marşrutunun hərəkət sxemi dəyişdirildi

21 Oktyabr 2026 - 18:09
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.