Zaqafqaziya respublikaları ilə NATO arasında təmaslar bu ölkələrin suveren hüququdur.
Elchi.az xəbər verir ki, bu barədə “İnterfaks” yazır.
Kreml rəsmisi Dmitri Peskov Alyansın baş katibi Yens Stoltenberqin Azərbaycan , Ermənistan və Gürcüstana bir sıra səfərlərini belə şərh edib.
“Əlbəttə, biz yaxından izləyirik, lakin biz diqqəti ikitərəfli münasibətlərimizə və ölkəmizin region ölkələri ilə olan əməkdaşlıq alətlərinə yönəltmək niyyətindəyik. Bu təmaslar Qafqaz dövlətlərinin suveren hüququdur”, – mətbuat yazır.
O əlavə edib ki, alyansın Cənubi Qafqazda mövcudluğunu genişləndirmək istəyi regiona sabitlik gətirməyəcək.
Martın 15-də NATO baş katibinin Zaqafqaziya respublikalarına bir sıra səfərləri məlum olub . Martın 18-də Stoltenberq Azərbaycan və Gürcüstana səfər edib, martın 19-da isə Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb.
Nuranə Məmmədova