Konqo Demokratik Respublikasının (KDR) şərqində hökumət qüvvələri ilə üsyançı qruplar arasında davam edən toqquşmalar səbəbindən 13 noyabr 2022-ci ildən bəri 2061 nəfər qaçqın Ruandaya sığınıb.
Elchi.az xəbər verir ki, xarici mətbuatda yer alan xəbərə görə, KDR-də üsyançı 23 Mart Hərəkatı (M23) ilə təhlükəsizlik qüvvələri arasında baş verən qarşıdurmalar dinc əhaliyə mənfi təsir göstərir.
KDR-nin şərq hissəsində 2061 nəfər 13 noyabr 2022-ci ildən bəri münaqişədən qaçaraq Ruandaya sığınıb. Ruandanın Nyabihu bölgəsinə sığınan mülki vətəndaşların tibbi ləvazimat da daxil olmaqla əsas humanitar ləvazimatlara ehtiyacı var.
KDR-nin şərqində fəaliyyət göstərən M23-ün hücumları 2021-ci ilin noyabr ayında yenidən başlayıb və bölgədə yaşayan minlərlə mülki vətəndaşın köçməsinə və Ruanda ilə KDR arasında böhrana səbəb olub.
Yeganə