Niderland hökuməti ABŞ administrasiyasının cümə günü, oktyabrın 9-da Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) qarşı genişmiqyaslı sanksiyalar elan edə biləcəyini gözləyir və cavab reaksiyası hazırlayır.
Elchi.az xəbər verir ki, bu barədə mənbələrə istinadən “NRC” qəzeti məlumat yayıb.
Məlumata görə, məhdudiyyətlər bir neçə aydan sonra qüvvəyə minməlidir və “məhkəmənin fəaliyyətini əhəmiyyətli dərəcədə iflic edə bilər”. Nəşrin həmsöhbətlərinin qeyd etdiyi kimi, bir neçə Avropa dövləti artıq ABŞ-dən BCM-in ayrı-ayrı əməkdaşlarına qarşı əvvəllər tətbiq edilmiş məhdudiyyətlərdən fərqli olaraq, ümumilikdə məhkəməyə toxuna biləcək sanksiyaların gözlənilən elanı haqqında bildirişlər alıb. Bu halda Amerikanın şirkətlərinə və vətəndaşlarına xüsusi icazə olmadan məhkəməyə pul vəsaitləri, mallar və xidmətlər təqdim etmək qadağan ediləcək.
Bununla belə, Niderlandın hakim koalisiyası daxilində və nazirliklər arasında Vaşinqtona olası cavabla bağlı ciddi fikir ayrılıqları qalmaqdadır, deyə qəzetin mənbələri iddia edir. Müzakirə iştirakçılarının bir hissəsi sərt prinsipial reaksiyanın tərəfdarıdır, digərləri isə ABŞ-nin ehtimal edilən cavab tədbirlərinin iqtisadi nəticələrindən ehtiyat edirlər.
Məryəm





















