İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Hörmüz boğazından keçməyə cəhd edən qazdaşıyan gəmiyə hücum edib.
Elchi.az xəbər verir ki, bu barədə “IRNA” agentliyi məlumat yayıb.
Söhbət “MT Sunshine” mayeləşdirilmiş qaz tankerindən gedir.
“Tanker Hörmüz boğazının cənub hissəsində qeyri-qanuni marşrutla keçməyə cəhd edərkən zərbəyə məruz qalıb”, – deyə məlumatda bildirilir.
Oktyabrın 9-na keçən gecə Hörmüz boğazının cənub hissəsində partlayışların baş verdiyi bildirilirdi. Neft tankerlərinin minaya düşdüyü ehtimal olunur.
Məryəm





















