Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cənubi Koreya Prezidenti Li Çje Myonun dəvəti ilə Seula rəsmi səfərə gəlib.
Elchi.az “TRT Haber”ə istinadən xəbər verir ki, səfər noyabrın 4-dək davam edəcək. Səfər çərçivəsində liderlərin məhdud və geniş tərkibdə danışıqları planlaşdırılır. Tərəflər strateji tərəfdaşlığın inkişafını, həmçinin aktual regional və beynəlxalq məsələləri müzakirə edəcəklər.
Görüşlərin yekunlarına əsasən, Türkiyə və Cənubi Koreya arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinə yönəlmiş bir sıra ikitərəfli sazişlərin imzalanması gözlənilir.
Səfər ərəfəsində Seul küçələri hər iki ölkənin dövlət bayraqları ilə bəzədilib.
Şayəstə





















