Tbilisinin Vaja-Pşavela prospektində yerləşən müxalif “Formula” telekanalının ofisində yanğın başlayıb.
Elchi.az xəbər verir ki, bu barədə telekanalın aparıcısı İrakli Kiknavelidze canlı efirdə bildirib.
“Dostlar, təəssüf ki, fasilə verib reklama keçməliyik. Bizdə fövqəladə rejimdir. Binamızı tüstü bürüyüb”, – deyib.
Daha sonra digər müxalif telekanal – “Mtavari arxi” binanın üzərindən qalxan tüstünün əks olunduğu fotoları dərc edib. Xəsarət alanlar barədə məlumat daxil olmayıb. Telekanalın yayımı dayandırılıb.
Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Olunması Xidməti hələlik heç bir şərh verməyib.
Məryəm





















