Oktyabrın 9-da Daşkənddə Özbəkistan-Böyük Britaniya Birgə İqtisadi Komitəsinin ikinci iclası keçirilib.
Elchi.az xəbər verir ki, görüşün həmsədrləri Özbəkistanın investisiya, sənaye və ticarət naziri Ləziz Qudratov və Böyük Britaniyanın ticarət üzrə dövlət naziri Ənəs Sarvar olublar.
Əsas mövzulardan biri iki ölkə arasındakı ticarət-iqtisadi əlaqələr olub. 2026-cı ilin yanvar–avqust ayları ərzində ikitərəfli ticarət dövriyyəsi 12,6% artaraq 250 milyon dollara yaxınlaşıb.
İclas iştirakçıları Özbəkistan mallarının Britaniya bazarına çıxışının genişləndirilməsi imkanlarını nəzərdən keçiriblər.
Tərəflər 46 layihənin icrasına və “UK Export Finance” təşkilatının iştirakı ilə maliyyələşmənin cəlb olunmasına xüsusi diqqət ayırıblar.
Görüşün yekunlarına əsasən, tərəflər komitənin ikinci iclasının protokolunu imzalayıblar.
Sənəd ticarət, investisiya, sənaye, rəqəmsal texnologiyalar, maliyyə və səhiyyə istiqamətləri üzrə əldə olunmuş razılaşmaları təsbit edir.
Məryəm





















