Kolumbiyada təhlükəsizlik qüvvələrinə qarşı əldə hazırlanmış bomba ilə törədilən hücum nəticəsində 4 əsgər həyatını itirib, 3 əsgər isə yaralanıb.
Elchi.az xəbər verir ki, milli mətbuatın yaydığı məlumata görə, Quaviare inzibati bölgəsinin Buenos-Ayres kəndi yaxınlığında əməliyyat keçirən ordu hissələri əldə hazırlanmış partlayıcılarla hədəf alınıb.
Hücumda 4 əsgər dünyasını dəyişib, 3-ü yaralanıb. Yaralı əsgərlər helikopterlə xəstəxanaya çatdırılıb.
Ordu rəhbərliyi hücuma görə keçmiş Kolumbiya İnqilabçı Silahlı Qüvvələrinin (FARC) müxalif qanadı olan “Calarca” qrupunu məsuliyyətli hesab edir.
Bölgəyə əlavə qüvvələrin göndərildiyi və əməliyyatların davam etdiyi bildirilir.
Məryəm





















