Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas hüsilərin Səudiyyə Ərəbistanına hücumlarını yolverilməz adlandırıb və bu hücumların dünya iqtisadiyyatına zərbə vurduğunu bəyan edib.
Elchi.az xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsində yazıb.
O bildirib ki, Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan ilə söhbət zamanı Yəməndə hərbi əməliyyatların dayandırılması və Hörmüz boğazında gəmiçilik azadlığının bərpası üzrə diplomatik səylər müzakirə olunub. “Dəniz keçidi maneəsiz və pulsuz olmalıdır”, — deyə Kallas vurğulayıb.
“Avropa Qırmızı dənizdə gəmiçiliyi hüsilərin hücumlarından qorumağa kömək edir. Təhlükəsizlik sahəsində vəziyyətin pisləşməsini nəzərə alaraq, Aİ-nin “ASPIDES” hərbi-dəniz əməliyyatı gəmilərin müşayiəti üzrə tapşırıqları yerinə yetirməyə davam edərək öz gəmilərinin döyüşə hazırlıq səviyyəsini qaldırıb”, — deyə o yazıb.
Məryəm





















