Əfqanıstanın paytaxtı Kabildə hoteldə partlayış baş verib.
Elchi.az xəbər verir ki, bu barədə Kabil polisinin sözçüsü Xalid Zadran məlumat yayıb.
“Oteldə baş verən partlayış nəticəsində 3 soydaşımız həlak olub, daha 13 nəfər yaralanıb”, – Zadran bildirib.
Yerli media orqanları partlayışın otelin restoranında baş verdiyini yazıb.