İtaliyanın baş naziri Giorgia Meloni deyib ki, o, Avropa İttifaqı Liderlər Zirvə toplantısında yüksək enerji xərcləri məsələsində irəliləyiş əldə ediləcəyini gözləyir.
Bu gün və sabah Brüsseldə keçiriləcək ilin son AB Liderlər Zirvəsi öncəsi Meloni gündəmdəki məsələlərlə bağlı mətbuat mənsublarına qiymətləndirmələr edib.
Elchi.az xəbər verir ki, bu barədə Baş nazir Meloni sammitdən gözləntiləri ilə bağlı suala, “Enerji faylında irəliyə doğru addımlar atılacağını gözləyirəm. Bu mövzuda Ukraynaya dəstəyimizi təsdiqləmək üçün çağırılmışıq” dedi.
Enerji məsələsinin texniki deyil, siyasi olduğunu və buna təsirli cavabların verilməsi lazım olduğunu ifadə edən Meloni, “Şurada bir addım atmaq üçün lazım olan hər şey var və biz təsirli ortaq həll yolları axtaracağıq” dedi.
Hökumətinin qurulduqdan qısa müddət sonra büdcəni hazırladığına diqqət çəkən Baş nazir Meloni, Aİ Komissiyasının son rəyinin ciddi büdcə hazırladıqlarının təsdiqi olduğunu qeyd etdi.
Şayəstə