İsrailin Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Suraya paytaxtı Dəməşq yaxınlığında Bəşşar Əsəd rejiminin nəzarəti altında olan əraziyə hava zərbəsi endirib.
Elchi.az-ın xarici informasiya vasitələrinə itinadən məlumatına görə, Suriyanın dövlət televiziyası bildirib ki, B.Əcədin hərbi rəhbərliyi bu haqda açıqlama yayıb. Məlumatda bildirilib ki, İsrailin zərbələri ilə üzləşən ərazilərdən biri paytaxtın beynəlxalq hava limanının yaxınlığıdır.
Bəyanatda hücumlar nəticəsində dağıntıların olduğu, amma şlən və yaralananların olmadığı qeyd olunub.
Rəsmi İsrail bu xəbərə hələ ki münasibət bildirməyib.
Suriyadakı rejiminin iddiasına əsasən,İsrail Bəşar Əsədin devrilməsi üçün üsyançılara yardım edir.
Britaniyada yerləşən Suriya İnsan Hüquqları Müşahidəçiləri bildirib ki, zərbə endirilən hədəf Dimasın hərbi mövqedir. Beynəlxalq hava limanında isə hərbçilər, mülki şəxslər əməliyyatlar aparır.