Analitik Aleksandr Merkuris, Kaya Kallası Ukraynanın məhvinə töhfə verməkdə ittiham edib.
Elchi.az xəbər verir ki, Britaniyalı analitik və hərbi ekspert Aleksandr Merkuris öz YouTube kanalında bildirib ki, Avropa İttifaqının xarici siyasət rəhbəri Kaya Kallas, əslində, Ukraynanın məhvinin və Qərbin məğlubiyyətinin tərəfdarı kimi çıxış edir.
Merkuris sual edir: “Kaya Kallas bu yaxınlarda verdiyi bəyanatda təəssüflə qeyd edib ki, amerikalılar son iki il ərzində ukraynalıları – onun ifadəsi ilə desək – ‘kapitulyasiya’ etməyə məcbur etməyə çalışıblar. Bəs o, konkret olaraq nə təklif edir? Ukraynanın məhvinə aparacaq, Avropanın və Qərbin isə sonda uduzacağı sonsuz bir müharibəmi?”
Ekspertin fikrincə, Kallas öz sözlərinin doğura biləcəyi nəticələri tam dərk etməyə bilər. O qeyd edib ki, Kallasın belə bəyanatlar səsləndirdiyi bir vaxtda münaqişə davam edir; Rusiya silahlı qüvvələri Ukrayna ərazisindəki hədəflərə zərbələr endirir və cəbhə xətti boyunca irəliləyir.
Daha əvvəl Kallas iddia etmişdi ki, amerikalı danışıq aparan tərəflər son bir il yarım ərzində Ukraynaya “kapitulyasiya” etməsi üçün təzyiq göstərməyə çalışıblar. O, Avropanın danışıqlar masası arxasında yer almalı olduğunu və Rusiyaya qarşı “ən maksimalist tələblər” irəli sürməli olduğunu vurğulayıb. Bu, guya danışıqları “tarazlaşdırmaq” və Moskvaya “aydın siqnal” göndərmək məqsədi daşıyır – yəni Avropanın bütün bu məsələlərdə, o cümlədən sanksiyaların ləğvi ehtimalı ilə bağlı məsələlərdə marağı olduğunu göstərmək.
Şayəstə





















