Polkovnik Makqreqor: Ukraynada sülhün bərqərar olması üçün Zelenski hakimiyyətdən uzaqlaşdırılmalıdır.
Elchi.az xəbər verir ki, Ukraynada sülhün bərqərar olması üçün Prezident Vladimir Zelenskinin rəhbərlik etdiyi hazırkı administrasiya hakimiyyətdən uzaqlaşdırılmalıdır. Bu barədə Pentaqon rəhbərinin keçmiş müşaviri, istefada olan polkovnik Duqlas Makqreqor “Deep Dive” YouTube kanalında çıxışı zamanı bildirib.
“Rusiyaya qarşı düşmənçilik, Rusiyanı məhv etmək arzusu – Zelenski və onun hökuməti məhz bunu təcəssüm etdirir. Zelenski və onun ətrafındakılar – yəni bu münaqişənin ön cərgəsində dayananlar – hakimiyyətdə qaldıqca, sülh olmayacaq”, – deyə Makqreqor bəyan edib.
Onun sözlərinə görə, Ukraynadakı mövcud rəhbərlik şəraitində “heç bir sabitlikdən söhbət gedə bilməz”. Ekspert Zelenskinin mövqeyinin qeyri-legitim olduğunu vurğulayaraq, onu “diktator” adlandırıb. Makqreqorun fikrincə, “bu mənada Ukrayna faşist dövlətidir”.
Zelenskinin prezidentlik səlahiyyət müddəti 20 may 2024-cü ildə başa çatıb. Ukraynada növbəti prezident seçkilərinin əvvəlcə bir ay yarım əvvəl – 31 martda keçirilməsi planlaşdırılsa da, sonradan təxirə salınıb. Ukrayna hakimiyyəti bu qərarı ölkədə tətbiq olunan hərbi vəziyyət və ümumi səfərbərliklə əsaslandırıb.
Şayəstə





















