Rusiyanın hava şirkəti iflas edib
Rusiyanin “Avializinq” investisiya şirkəti “YuTeyr” Hava Şirkətinin iflasa uğradığını etiraf edib.
Elch.az-ın “Bi-Bi-Si”-yə istinadən məlumatına görə, investisiya şirkəti bildirib ki, 2011-ci ilun iyunundan “YuTeyr” icarə müqaviləsi öhdəliklərinin icrasını dayandırıb.
Hava şirkəti ona qarşı qaldırılan iddianı hələ ki şərh etməyib.
Bir müddət öncə bu müəssisəyəy qarşı “Baltik maliyyə agentliyi” və “Alfa-bank” da iddia qaldırmışdı.
Xatırladaq ki, “YuTeyr” Rusiyanın aparıcı avia-sərnişin nəqliyyat şirkətlərindəndir. 2002-ci ilədək şirkət “Tümenaviatrans” adlanıb. Onun mərkəzi Xantı-Mansidə yerləşir. Şirkətin Tümen, Surqut və Moskvada hava limanları var.