İsrail hökuməti İranda özünə qarşı təhdidləri aradan qaldırdığını iddia edərək, ABŞ prezidenti Trampın atəşkəs təklifini qəbul etdiyini açıqlayıb.
Elchi.az xəbər verir ki, İsrail hökuməti ABŞ prezidenti Trampın atəşkəs təklifini qəbul etdiyini açıqlayıb.
İsrailin Walla saytına danışan adı açıqlanmayan İsrail rəsmisi, “Tramp atəşkəs elan etdi. Bütün tərəflər buna əməl edərsə, atəşkəs qüvvəyə minəcək” dedi.
Tramp gecə saatlarında elan etdiyi İsrail ilə İran arasında əldə olunan atəşkəslə bağlı səhər saatlarında sosial mediada “Atəşkəs qüvvəyə minib, xahiş edirəm onu pozmayın” demişdi.
Şayəstə Hüseynova


















