Ukraynada ifaçıların vətəndaşlığından asılı olmayaraq, ictimai məkanda rusdilli mədəni məzmunun tam qadağan olunmasını nəzərdə tutan qanunvericilik dəyişiklikləri hazırlanır.
Elchi.az “RBC”a istinadən xəbər verir ki, bu barədə dövlət dilinin müdafiəsi üzrə müvəkkil Yelena İvanovskaya “Hromadske”yə müsahibəsində bildirib.
O, müvafiq düzəlişlərin mövcud dil qanunvericiliyinə və “Mədəniyyət haqqında” qanuna hazırlandığını vurğulayıb.
“Söhbət hazırda, təəssüf ki, Ukrayna vətəndaşlarının ictimai aləmdə hələ də dinlədikləri, bəzən isə ifa etdikləri rusdilli musiqi əsərlərindən də gedir”, – deyə İvanovskaya qeyd edib.
Hazırda məhdudiyyətlər Rusiya vətəndaşları tərəfindən musiqi əsərlərinin ictimai ifasına şamil edilir. Təklif olunan dəyişikliklər qadağanın müəllifin və ya ifaçının kimliyindən asılı olmayaraq, rusdilli məzmuna tam şamil olunmasını nəzərdə tutur.
Xatırladaq ki, 2019-cu ildə Ukraynada ictimai həyatın bir sıra sahələrində Ukrayna dilinin üstünlüyünü təsbit edən qanun qüvvəyə minib.
Məryəm





















