Fransada keçirilən Musiqi Günü (Fête de la Musique) tədbirində 145 qadına şprislərlə hücum edilib. Hücumlarla əlaqədar 12 nəfər saxlanılıb. Ölkə boyu baş verən zorakılıq hadisələri zamanı 1500-dən çox insan yaralanıb.
Elchi.az xəbər verir ki, Fransada hər il iyunun 21-də keçirilən Musiqi Günü (Fête de la Musique) tədbirində qadınlara şprislə hücum edilib.
Hadisələr zamanı 145 qadın polisə iynə vurulduğunu bildirib, çoxlu qadın isə xəstəxanaya aparılıb.
145 qadın konsertlər və ya küçə tədbirləri zamanı ayaqlarında, qollarında və ya boyunlarında iynə izləri gördüklərini bildirdi.
Hücuma məruz qalan qadınlardan bəziləri başgicəllənmə, ürəkbulanma və huşunu itirmə şikayətləri ilə xəstəxanaya aparılarkən, polis hücumlarla əlaqədar 12 nəfəri nəzarətə götürüb.
İğnələrin tərkibindəki maddə hələ məlum olmasa da, mütəxəssislər iynələrin tərkibində zərərli kimyəvi maddələr ola biləcəyi barədə xəbərdarlıq ediblər.
Şayəstə Hüseynova


















