ABŞ prezidenti Donald Tramp İranın nüvə obyektlərinə hava hücumlarından sonra elan etdiyi, lakin tərəflərin təsdiq etmədiyi İsrail-İran atəşkəsində B-2 bombardmançılarının roluna işarə edib.
Elchi.az xəbər verir ki, Tramp Truth Social hesabından İran və İsrail arasındakı gərginliklə bağlı açıqlama verib.
Həyata keçirdikləri hava hücumlarının tərəfləri bir araya gətirdiyini və “atəşkəsin yaradılmasına səbəb olduğunu” ifadə edən Tramp, “B-2 pilotlarımızın istedadı və cəsarəti olmasaydı, bugünkü “razılığa” gələ bilməzdik. Əməliyyatda iştirak edən hər kəsin böyük əməyi oldu” deyib.
ABŞ prezidenti Donald Tramp İrandakı Fordo, Natanz və İsfahan nüvə obyektlərinə hava hücumu həyata keçirdiklərini açıqlayıb və bu əsas nöqtələrin “tamamilə məhv edildiyini” bildirib.
Tramp İsrail və İran arasında “tam və tam atəşkəs” əldə olunduğunu və bununla da müharibənin bitəcəyini açıqlayıb.
Şayəstə Hüseynova

















