Nigerin Tillaberi bölgəsində törədilən terror aktı nəticəsində 71 mülki şəxs həlak olub.
Elchi.az xəbər verir ki, yerli mətbuatın məlumatına görə, bir gün əvvəl Tillaberinin Manda kəndi naməlum silahlı terrorçular tərəfindən hücuma məruz qalıb.
Namazdan sonra məscidin həyətində toplaşan camaatı hədəf alan hücumda 71 nəfər ölüb, ən azı 20 nəfər yaralanıb.
Fambita kəndindəki məscidə də mart ayında cümə namazı zamanı hücum edilib və 44 nəfər həlak olub.
Terror hücumları
Tillaberi, Niger, Mali və Burkina Faso tərəfindən paylaşılan “üç ölkənin sərhədi” kimi tanınan sərhəddə yerləşir.
Sözügedən sərhəd 2017-ci ildən bəri Əl-Qaidə və İŞİD-ə bağlı terror təşkilatları tərəfindən tez-tez hücuma məruz qalır.
Şayəstə Hüseynova


















