İran ABŞ, İngiltərə, Fransa və Almaniyanın rəhbərliyi ilə Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) İdarə Heyətinin qəbul etdiyi qərara cavab olaraq Fordodakı nüvə obyektində uranı 60 faiz saflıqda zənginləşdirməyə başlayıb.
Elchi.az xəbər verir ki, İran dövlət televiziyasının məlumatına görə, İran MAQATE-nin İcraiyyə Şurasının MAQATE ilə adekvat əməkdaşlıq etmədiyi səbəbi ilə qəbul etdiyi xoşagəlməz qərara cavab olaraq uranı yüksək səviyyədə zənginləşdirməyə başladığını açıqlayıb.
Bu çərçivədə İranın Atom Enerjisi Agentliyinin Fordodakı nüvə obyektində uranın 60 faiz saflıqda zənginləşdirilməsi prosesinə başladığı və bu nisbətdə zənginləşdirilmiş uranın miqdarını artırdığı bildirilib.
Qərara cavab olaraq Natanz və Fordodakı obyektlərdə yeni sentrifuqa zəncirinin yaradılacağı, Fordodakı IR1 sentrifuqalarının uranı daha sürətli zənginləşdirə bilən yeni nəsil IR6 sentrifuqaları ilə əvəzlənəcəyi də bildirilib.
Şayəstə