İran İnqilab Keşikçiləri Ordusunun sözçüsü, briqada generalı Ramazan Şərif “tezliklə İsrailə ölümcül zərbələr endirəcəklərini” iddia edib.
Elchi.az xəbər verir ki, İran dövlət televiziyasının məlumatına görə, briqada generalı Şərif paytaxt Tehranda keçirdiyi mətbuat konfransında İranın Dəməşqdəki konsulluq binasına edilən hücuma toxunub.
İsrailin son məğlubiyyətlərinə görə İnqilab Keşikçiləri Ordusu komandirlərindən qisas almağa çalışdığını deyən Şərif əlavə edib: “Onlar heç bir yerə çata bilməyəcəklər və bu hərəkətlərlə mühafizəçilərimizin motivasiyası ikiqat artacaq və inşallah tezliklə sionist rejimə daha ölümcül zərbələrin şahidi olacaqsınız”. deyib.
Şayəstə Hüseynova