İran: İsrail bəzi rəsmilərə təhdid mesajı göndərib

🗓 30.06.2025 11:46 ✍️ "Elçi" qəzeti
İran: İsrail bəzi rəsmilərə təhdid mesajı göndərib

İran lideri Ayətullah Əli Xameneinin müşaviri və parlamentin keçmiş sədri Əli Laricani İsrailin hücumların ilk günündə bəzi rəsmilərə təhdid mesajları göndərdiyini bildirib.
Elchi.az xəbər verir ki, İran lideri Ayətullah Əli Xameneinin müşaviri və parlamentin keçmiş sədri Əli Laricani dövlət televiziyasında iştirak etdiyi proqramda danışıb. İsrailin məqsədinin təkcə siyasi və hərbi quruluşu deyil, həm də ölkə lideri Xamneyini birbaşa təhdid edərək dövlət quruluşunu sürətlə dağıtmaq olduğunu bildirən Laricani, "Düşmən hesablamışdı ki, rəhbərlərin görüşü zamanı yüksək səviyyəli İran rəsmilərini hədəfə alaraq dövlət quruluşunu sürətlə dağıda bilər. Onların növbəti addımı birbaşa İslam İnqilabının Rəhbərini təhdid etmək idi".
İsrail və ABŞ-ın İran xalqının qarşıdurma içində hökuməti tərk edəcəyi ilə bağlı fərziyyələrinin yanlış olduğunun başa düşüldüyünü vurğulayan Laricani, “Ancaq xalqın güclü birliyi və müqaviməti İsraili hədəflərini yenidən nəzərdən keçirməyə məcbur etdi” deyib.
Hücumların ilk günündə İsrailin İranın bəzi siyasi, hərbi və təhlükəsizlik rəsmilərinə təhdid mesajları göndərdiyini bildirən Laricani, "Mən də Tehranı tərk etmək üçün 12 saat vaxtım olduğunu bildirən bir mesaj aldım. Əks halda mərhum komandir Qulaməli Rəşid və general-mayor Məhəmməd Baqeri ilə eyni aqibəti paylaşacağımı söylədilər, amma mən onlara Netanyahu kimi cavab verdim" deyib.

Şayəstə Hüseynova

Bənzər yazılar