“Security Code” şirkətinin informasiya təhlükəsizliyi üzrə mütəxəssisi Mariya Fesenko “iPhone” sahiblərinə cihazlarını haker hücumundan necə qoruya biləcəklərini izah edib. O, xüsusən də smartfonların “Wi-Fi”ya qoşulmasına nəzarət etməyi və “Apple ID”nin iki faktorlu autentifikasiyasını aktivləşdirməyi məsləhət görüb. Elchi.az Lent.ru-ya istinadən bu xəbəri verir.
İT eksperti ilk növbədə iOS cihazlarının istifadəçilərinə ictimai “Wi-Fi” şəbəkələrinə qoşulmalarına nəzarət etməyi tövsiyə edib.
Fırıldaqçılar bu funksiyadan məlumat oğurlamaq üçün istifadə edə bilərlər.
Bundan əlavə, mütəxəssis “Sistem təhdidlərinə və sistem fayllarına cavablar” funksiyasını yoxlamağa çağırıb. “Sadəcə funksiyanı aktivləşdirin və iOS arxa planda təhlükəsizlik yeniləmələrini avtomatik quraşdıracaq”-deyə o qeyd edib.
Havar Şəfiyeva