"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

İlham Əliyev Lavrovla görüşdü – FOTOLAR

01 Sentyabr 2015 - 22:19
in MANŞET, SEÇMƏ XƏBƏRLƏR
FacebookVatsap

 

Bunu da oxuyun

Tramp: İrana bombardmanlar bərpa oluna bilər

Kreml ABŞ-a müraciət edib

Trampdan ağcaqanadlarla bağlı FƏRMAN

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 1-də Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovu qəbul edib.

Ölkələrimiz arasında ikitərəfli münasibətlərin dinamik şəkildə uğurla inkişaf etdiyini bildirən dövlətimizin başçısı Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin ölkəsinin Dövlət bayramı – Rusiya Günündə birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün Azərbaycana səfər etməsinə ölkəmizdə böyük önəm verildiyini dedi və bu səfəri əlaqələrimizin yüksək səviyyədə olmasının göstəricisi kimi dəyərləndirdi. Prezident İlham Əliyev əməkdaşlığımızın müxtəlif sahələri ilə bağlı məsələlərin operativ və səmərəli şəkildə həll olunduğunu vurğulayaraq, bu baxımdan müxtəlif səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd etdi. Azərbaycan ilə Rusiyanın beynəlxalq qurumlar çərçivəsində də fəal və uğurlu qarşılıqlı fəaliyyət göstərdiklərini bildirən dövlətimizin başçısı İlham Əliyev dünyada və regionda hadisələrin sürətlə inkişaf etdiyi bir dövrdə ölkələrimizin həyata keçirdikləri mütəmadi məsləhətləşmələrin də önəmli olduğunu qeyd etdi. Prezident İlham Əliyev dedi: “Bunlar ölkələrimiz arasında bütün sahələri, o cümlədən siyasi, iqtisadi, energetika, humanitar sahələrdə əməkdaşlığı əhatə edən strateji tərəfdaşlıq münasibətlərinin ən bariz nümunəsidir. Biz ikitərəfli münasibətlərimizi bundan sonra da səmərəli və uğurla inkişaf etdirmək niyyətindəyik”. Prezident İlham Əliyev bugünkü görüş zamanı da məhsuldar və konstruktiv müzakirələrin aparılacağına əmin olduğunu bildirdi.

Xoş sözlərə görə minnətdarlığını bildirən Rusiyanın xarici işlər naziri Prezident Vladimir Putinin ən səmimi salamlarını dövlətimizin başçısına çatdıraraq dedi: “Rusiya Federasiyasının Prezidenti yüksək səviyyədə təşkil olunan və keçirilən ilk Avropa Oyunlarının açılış mərasimində iştirakını və səfəri çərçivəsində Sizinlə görüşünü məmnunluqla xatırlayır. Azərbaycan və Rusiya Cənubi Qafqazda, Xəzər dənizi hövzəsində strateji tərəfdaş ölkələrdir və ümumilikdə, demək olar ki, beynəlxalq münasibətlərin bütün vacib və mürəkkəb məsələlərinin həlli ilə bağlı çox yaxın mövqelərə malikdirlər”.

İki ölkənin Xarici İşlər nazirlikləri arasında BMT, ATƏT, Avropa Şurası və digər beynəlxalq təşkilatlar çərçivəsində dövlətlərimizin qarşılıqlı fəaliyyət məsələlərinin müzakirəsinin əhəmiyyətinə toxunan Sergey Lavrov uğurla inkişaf edən parlamentlərarası əməkdaşlığımızın da Rusiya tərəfindən yüksək qiymətləndirildiyini bildirdi. Əlaqələrimizin müxtəlif sahələrinə toxunan Rusiyanın xarici işlər naziri dedi: “Bu ilin avqustunda Xəzər donanmasının 3 hərbi gəmisinin Azərbaycana səfərinin yüksək səviyyədə təşkil olunmasına görə minnətdarlığımızı bildirirəm. Ümidvarıq ki, azərbaycanlı dostlarımız bu ilin sentyabrında Sverdlovsk vilayətində keçiriləcək hərbi-texniki məhsulların sərgisində iştirak edəcəklər”.

Humanitar, o cümlədən təhsil, mədəniyyət sahələrində də əlaqələrimizin uğurla inkişaf etdiyini vurğulayan Sergey Lavrov qeyd etdi ki, bu sahələrdə əməkdaşlıq xalqlarımız arasında olan yaxın münasibətləri daha da gücləndirir. Bu gün Bakıya səfərindən qabaq Prezident İlham Əliyevin və özünün təhsil aldıqları Moskva Beynəlxalq Münasibətlər İnstitutunda “Bilik Günü” ilə bağlı çıxış etdiyini bildirən Rusiyanın xarici işlər naziri institutun rektorunun Prezident İlham Əliyevin bu təhsil ocağının məzunlarının ilk görüşünü Azərbaycanda keçirmək təşəbbüsünü bir daha məmnunluqla vurğuladığını dedi.

İqtisadi sahədə əməkdaşlıq məsələləri ilə bağlı Rusiyanın xarici işlər naziri qeyd etdi ki, beynəlxalq konyukturaya baxmayaraq, bu əlaqələr yüksələn xətlə inkişaf edir və bu baxımdan o, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının fəaliyyətinin önəmini vurğuladı. Sergey Lavrov Rusiya Federasiyasına göndərilən Azərbaycan kənd təsərrüfatı məhsullarının həcminin artmasını məmnunluqla qeyd edərək, Azərbaycan tərəfindən qəbul olunmuş qərarların Rusiyanın nəqliyyat şirkətlərinin beynəlxalq daşımalarının sayının artmasına da xidmət etdiyini dedi və bunu yüksək qiymətləndirdi. Bugünkü görüşün ikitərəfli münasibətlərin, regionda vəziyyətin, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin müzakirəsi baxımından yaxşı imkan yaratdığını bildirən Sergey Lavrov bu münaqişənin həllində müəyyən irəliləyişlərin əldə ediləcəyinə ümidvar olduğunu bildirdi.

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin səmimi salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Rusiya dövlətinin başçısına çatdırmağı xahiş etdi.

Previous Post

İlham Əliyev Lavrovla görüşdü – FOTOLAR

Next Post

“JEK”lərdə pul erası bitdi

Bənzər yazılar

Tramp: İrana bombardmanlar bərpa oluna bilər

Tramp: İrana bombardmanlar bərpa oluna bilər

01 Oktyabr 2026 - 17:12

ABŞ Prezidenti Donald Tramp noyabrda Konqresə keçiriləcək aralıq seçkilərdən sonra İrana qarşı bombardmanların bərpa ediləcəyini və gücləndiriləcəyini istisna etməyib. Elchi.az...

Kreml ABŞ-a müraciət edib

Kreml ABŞ-a müraciət edib

01 Oktyabr 2026 - 16:00

"Rusiya ABŞ-ı Ukraynadakı münaqişənin həllini gözləmədən iqtisadi əlaqələri bərpa etməyə çağırır". Elchi.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat...

Trampdan ağcaqanadlarla bağlı FƏRMAN

Trampdan ağcaqanadlarla bağlı FƏRMAN

01 Oktyabr 2026 - 15:00

ABŞ Prezidenti Donald Tramp 2028-ci ilə qədər Vaşinqtonda ağcaqanad populyasiyasının 90 faiz azaldılması barədə göstəriş verib. Elchi.az xəbər verir ki,...

Azərbaycanın müdafiə sənayesi yeni imkanlara yol açır

Azərbaycanın müdafiə sənayesi yeni imkanlara yol açır

01 Oktyabr 2026 - 13:17

Azərbaycan təhlükəsizliyini tam təmin etməyi bacaran ölkələr sırasında öz layiqli yerini qoruyur. 44 günlük Vətən müharibəsində dünya ölkəmizin hərbi imkanlarının,...

Next Post

"JEK"lərdə pul erası bitdi

"JEK"lərdə pul erası bitdi

Son xəbərlər

“Birliyin Gücü – 2026” birgə hərbi təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib

“Birliyin Gücü – 2026” birgə hərbi təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib

01 Oktyabr 2026 - 17:59
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edilib

Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edilib

01 Oktyabr 2026 - 17:53
Hikmət Hacıyev: Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır

Hikmət Hacıyev: Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır

01 Oktyabr 2026 - 17:47
Aİ-nin dörd ölkəsində Rusiya pasportlarının qəbulu məhdudlaşdırılıb

Aİ-nin dörd ölkəsində Rusiya pasportlarının qəbulu məhdudlaşdırılıb

01 Oktyabr 2026 - 17:35
AZAL daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirib

AZAL daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirib

01 Oktyabr 2026 - 17:27
FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirildi – FOTO

FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirildi – FOTO

01 Oktyabr 2026 - 17:20
Tramp: İrana bombardmanlar bərpa oluna bilər

Tramp: İrana bombardmanlar bərpa oluna bilər

01 Oktyabr 2026 - 17:12
Almaniyada inqilabi qərar: Elektromobillər evləri elektrik enerjisi ilə təmin edəcək

Almaniyada inqilabi qərar: Elektromobillər evləri elektrik enerjisi ilə təmin edəcək

01 Oktyabr 2026 - 17:06
Dövlət dəstəyi ilə seçilmiş özəl bağçalarda tədrisə başlanılıb

Dövlət dəstəyi ilə seçilmiş özəl bağçalarda tədrisə başlanılıb

01 Oktyabr 2026 - 17:00
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət etdi

Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət etdi

01 Oktyabr 2026 - 16:54
Ermənistanla bağlı mühüm çağırışlar: Azərbaycan nümayəndəsi BMT-də çıxış etdi

Ermənistanla bağlı mühüm çağırışlar: Azərbaycan nümayəndəsi BMT-də çıxış etdi

01 Oktyabr 2026 - 16:49
Azərbaycan “Avroviziya 2027″də iştirakını təsdiqlədi

Azərbaycan “Avroviziya 2027″də iştirakını təsdiqlədi

01 Oktyabr 2026 - 16:48
Azərbaycanın U-17 millisi Kosovaya uduzdu

Azərbaycanın U-17 millisi Kosovaya uduzdu

01 Oktyabr 2026 - 16:42
Pezeşkian Azərbaycanla münasibətlərdən danışdı

Pezeşkian Azərbaycanla münasibətlərdən danışdı

01 Oktyabr 2026 - 16:34
Avtomobil yollarında daha 3 elektron tərəzi quraşdırılıb

Avtomobil yollarında daha 3 elektron tərəzi quraşdırılıb

01 Oktyabr 2026 - 16:26
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.