Türkiyə və Suriya prezidentləri Rəcəb Tayyib Ərdoğanla Bəşər Əsəd arasında görüş yaxın vaxtlarda baş tuta bilər və onun təşkili üçün “pərdəarxası diplomatiya” davam edir. Elchi.az məlumat verir ki, bunu “Hürriyət”ə hakimiyyətə yaxınlığı ilə tanınan Abduqadir Selvi bildirib.
“Prezident Ərdoğan bir neçə dəfə bəyan edib ki, o, Əsədlə də görüşə bilər. İki lideri bir araya gətirmək üçün pərdəarxası diplomatiya var. Hesab edirəm ki, bu görüş qısa müddət ərzində baş tutacaq. Ərdoğan deyib: “Sonrakı prosesdə Misirdə olduğu kimi, Suriyada da eyni şey ola bilər. Selvi yazır ki, siyasətdə sərt hisslər yoxdur və “dialoq üçün qapını açıq saxlayır”.
Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın oktyabr ayında Rusiyanın Ərdoğanla Əsəd arasında görüşə vasitəçilik etməyi təklif etdiyini bildirib. Ərdoğanın özü də noyabrın ortalarında demişdi ki, Ankara bu təklifi yeri gələndə dəyərləndirə bilər, çünki siyasətdə “incimə” yoxdur. Daha sonra Selvi bildirib ki, Ərdoğanla Əsəd arasında görüş Rusiya lideri Vladimir Putinin vasitəçiliyi ilə Rusiyada baş tuta bilər.
Şayəstə