İran Prezidenti Məsud Pezeşkian bəyan edib ki, əgər ABŞ ilə razılıq əldə olunarsa, Tehran 60% səviyyəsində zənginləşdirilmiş uranium ehtiyatlarından imtina etməyə hazırdır.
Elchi.az xəbər verir ki, İran prezidenti “Fox News” aparıcısının bu məsələ ilə bağlı sualına cavab verərkən bildirib.
“Bəli. Beynəlxalq hüquq çərçivəsində və Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə əsaslanaraq, biz qaydaların müəyyən etdiyi bütün tələblərə riayət edəcəyik. Biz danışıqlar aparmışıq və bu materialın ehtiyatlarını əhəmiyyətli dərəcədə azaltmağa – onu seyreltməyə – hazır idik”, – deyə Pezeşkian bildirib.
O, həmçinin qeyd edib ki, İran heç vaxt nüvə bombası yaratmağa cəhd etməyib.
“Qətiyyən. Hörmətli Ali Rəhbərimizin — hansı ki, şəhid olub — dəfələrlə bəyan etdiyi kimi, bu, dini prinsiplərə ziddir. Kütləvi qırğın silahlarına sahib olmaq qeyri-qanunidir”, — deyə İran prezidenti bildirib.
Yeganə





















