"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Payız bir də gəlməyəcək – ELEGİYA

25 Sentyabr 2026 - 13:25
in XƏBƏR LENTİ
FacebookVatsap

Bəzən bir telefon zəngi adamı illər əvvələ aparır. Sanki telefonun o biri başından gələn səs bir xəbər gətirmir, keçmişdən bir qapı da açır.
Dörd gün əvvəl telefonun bəri başında qardaşım Aqilin səsini eşidəndə, ürəyimə qəribə bir ağırlıq çökdü. Ardınca eşitdiyim cümlə isə bu ağırlığı daha da böyütdü…

Bunu da oxuyun

Səudiyyə Ərəbistanının cənubunda husilərin atdığı üç ballistik raket vurulub

Kubanıçbek Ömüralıyev: Bu gün TDT-nin beynəlxalq mövcudluğu daha nəzərəçarpandır

Türkiyədə silahlı insident olub, iki nəfər ölüb

“Nəzər rəhmətə getdi…”

Yer ayağımın altından çəkildi, içimdən nəyinsə qopduğunu hiss etdim.

Aqilin mənə sonuncu dəfə bu tərz zəngi atamla bağlı olmuşdu. O vaxt da həmin zəngin içində eyni səs, eyni ağırlıq, eyni inanmaq istəmədiyim xəbər vardı. Bir anlıq ildırım çaxdı içimdə. Bu dəfə itirdiyimiz doğmamız Nəzər idi.

Dörd gündür bu xəbərin kədərindəyik. Nəzərin yoxluğuna inanmağa çalışırıq. Amma bəzi adamların ölümünə ağıl inanır, ürək yox. Elə bilirsən, bir azdan şəhərin hansısa küçəsində qarşılaşacaq, səsini eşidəcək, bir məclisdə oturub söhbətləşəcəksən. Sonra qəfil yadına düşür ki, artıq o əziz insan yoxdur.
Nəzər kəndimizin qəlbikövrək, istiqanlı və qaymaq adamlarından idi. Sonralar əksəriyyət kimi Bakıya köçsə də, doğma el-obadan heç vaxt ruhən ayrılmamışdı. Çünki bəzi adamlar kənddən köçür, kənd isə onlardan heç vaxt köçə bilmir… Onların uşaqlığı, gəncliyi, doğmaları, dostları, xatirələri həmin torpaqda qalır. Nəzərin də kəndlə bağlılığı belə idi.
Bizim uşaqlıq və məktəbli illərimiz o nəslin gəncliyi ilə kəsişirdi. O vaxt biz həyata yenicə boylanırdıq, onlar isə artıq həyatın ağır üzünü görməyə başlamışdılar. Biz böyüklərə – onlara baxaraq, çox şeyi sözsüz ki, öyrənirdik. Nəzər də bizim həmin illərimizin yaddaşında nümunəvilərdən idi.
Soyadına layiq Pələng timsallı biri idi. Qolu güclü, mərd ürəkli, sözü, cavabı batman və yerində… Amma onu yalnız bu tərəfləri ilə xatırlamayacağıq. Çünki Nəzərin həyatının görünən tərəfinin arxasında ağır bir məsuliyyət də vardı.
Həyat onu erkən böyütməyə başlamışdı.
Özündən böyük iki qardaşı – Nabatəli və Əbülfət əmi o illərdə məsafəcə kənddən uzaqda olsalar da, kənddə ailədə ata əvəzi böyüklük Nəzərin üzərində idi. Qulam əminin vaxtsız-vədəsiz gedişindən sonra bu məsuliyyət daha da ağırlaşmışdı.
Gəncliyini bir qədər kənara qoyub, böyük bir ailənin məsuliyyət yükünü daşımağa başlamışdı Nəzər.
Bəlkə də elə buna görə sonralar həyatın çətinlikləri ona yad deyildi. Əlinin zəhmətinə həmişə inanırdı. Ruzili-bərəkətli adam idi. Həyat onu müxtəlif işlərə, müxtəlif sınaqlara hazırlamışdı. Amma insanın ömründə elə bir sınaq var ki, ona heç kəs hazır olmur.

O da əlahəzrət ölümdü…

Nəzərin sözə də xüsusi sevgisi vardı. İndi onu xatırladan da, yaşadan da sözdü.

Şeiri sevirdi, ədəbiyyata dəyər verirdi, jurnalistikaya hörmətlə yanaşırdı. Sözün çəkisini bilənlərdən idi. Bəlkə də ona görə idi ki, məclislərdə də onun sözünün yeri ayrı idi. Şeir deməyə ürəkdən heyranlığı var idi. Bir misra deyəndə, elə bilirdin, həmin misranın yükü onun yaddaşında illərdir yaşayır.

Bu sevgisi idi ki, Nəzər məclislərin də yaraşığına çevrilirdi.

Bəxtiyar Vahabzadənin “Qocaldır insanı, qocaldır zaman” şeirini xüsusilə sevirdi.
İndi bu şeirin adını çəkəndə adam istər-istəməz dayanıb düşünür. Zaman Nəzərin ömründən çox şey aparmışdı. Gəncliyini məsuliyyətə, illərini zəhmətə, ömrünün böyük hissəsini doğmalarına vermişdi.
Amma heç kim bilmirdi ki, onun zamanla yolu əlli altıncı payızda ayrılacaq. Son yolu payızın içindən keçəcək. Payız yarpaqları tökərkən, onun ömrünün yarpaqları da səssiz-səmirsiz yerə düşəcək.

O, 90-cı illərdən 2000-ci illərin əvvəllərinə qədər kəndin xeyir işlərini peşəkar operator kimi kamerasının yaddaşına köçürmüşdü.
Zamanınsa bunun nə qədər böyük bir iş olduğunu bəlkə də heç kim düşünmürdü.
Toylar, nişanlar, məclislər, kəndin adamları, gülüşlər, danışıq səsləri…

İllər keçdi, insanlar dəyişdi, bəziləri dünyadan köçdü.

Amma Nəzərin kamerasının çəklişlərində onların bir hissəsi olduğu kimi qaldı.
İndi həmin görüntülər bir kəndin yaddaşıdır.
Nə qəribədir, həmin yaddaşı yaradan adamın özü artıq o yaddaşın içində xatirəyə çevrilir.
Bir gün köhnə görüntülərdən biri açılsa, ekranda illər əvvəlki kəndi görəcəyik. İnsanlar güləcək, danışacaq, məclis öz axarı ilə davam edəcək. Bəlkə bir neçə yerdə Nəzərin səsi də eşidiləcək.
Onda bir anlıq elə biləcəyik ki, zaman geri qayıdıb.
Amma görüntü bitəcək, ekran qaralacaq.

Birdən anlayacağıq:

Nəzər artıq yoxdur.

Əlli altı yaşında… Ömrünün hələ davam etməli olduğu bir yerdə.

Bəlkə deyəcəyi sözlər, görəcəyi işlər vardı…

Bəlkə söyləyəcəyi şeirlər…

Bəlkə gedəcəyi yollar…

Amma həyatın bir yerdə yazılan son cümləsi olur. Nəzərin də son cümləsi əlli altıncı payızında yazıldı: “Bəzi ömürlərin son cümləsi yazılmır, yarımçıq qalır”.

İndi dörd gündür onun yoxluğuna alışmağa çalışırıq.
Amma məncə, alışmayacağıq.
Çünki bəzi adamların yoxluğuna alışmaq olmur. Sadəcə, zamanla onların yoxluğu ilə yaşamağı öyrənirsən.
Nəzər də onu sevənlərin, el-obanın, doğma yurd adamlarının, ailəsinin və övladlarının yaddaşında belə qalacaq.

Bir məclisdə deyilən şeirdə.

Ekranlaşdırdığı toy kasetlərinin lentində.

Sözə verdiyi dəyərdə.

Onu tanıyan insanların söhbətində.

Və bir telefon zənginin içində…

“Nəzər rəhmətə getdi…”

Bu cümlə bəlkə də uzun illər mənim üçün təkcə Nəzərin ölüm xəbəri olmayacaq. Həmin cümlənin içində atamın xəbəri də yaşayacaq. İki ayrı itkinin ağrısı bir səsdə, bir xatirədə birləşəcək.

Payız yenə gələcək.

Yarpaqlar yenə töküləcək.

Kənd və şəhər yenə yaşayacaq.

Amma Nəzərin əlli altıncı payızı heç vaxt tamamlanmayacaq. Bəlkə də ən ağrılı tərəfi budur.

Ömrün son cümləsini insan yox, fəsillər yazır.

Nəzərin ömrü kimi…

Sözə, sevgiyə və eşqə dəyər verən adamların özləri gedəndən sonra da sözləri qalır. O, vaxtilə kəndimizin fərəhli günlərinin sevincini tarixə yazdı, insanlarını kamerasının yaddaşında yaşatdı.
İndi növbə bizimdir.
İndi biz onu yaddaşımızda yaşatmalıyıq.
Bir gün onun haqqında danışanda, adını çəkəndə, keçmiş bir görüntüsünə baxanda, sevdiyi şeirdən bir misra eşidəndə Nəzər yenidən bir anlıq bizimlə olacaq.
Bəlkə də insanın dünyadan tam getməməsi elə budur.
Adının çəkildiyi yerdə bir az yaşamaq…

Xatırlandığı yerdə yenidən görünmək…

Və illər keçsə də, bir kəndin axşamında kimsənin sakitcə:
“Nəzər vardı, sözü də, özü də başqa idi…” deməsi.
Sonra söhbətin bir anlıq sükutu…
Çünki hamı biləcək: o artıq yoxdur.
Torpaq onu bağrına alıb.
Amma kəndin yaddaşı hələ də onu buraxmayıb.

Bu payız çox ağır oldu bizlərə. Ona görə ki, sənin əlli altıncı payızın idi bu… Əlli yeddinci payız isə artıq heç vaxt gəlməyəcək. Küləklər yenə əsəcək, yarpaqlar yenə töküləcək, amma bir ömrün davam etməli olduğu yerdə dərin bir sükut qalacaq.

Və biz hər dəfə həmin sükutu eşidəndə səni xatırlayacağıq.

Məkanın nura boyansın, Nəzər. Düşdüyün yer işıqlı olsun, həyatda qoyduğun iz heç zaman silinməsin!

Ceyhun ALIŞLI

Previous Post

Vilayət Eyvazov Türkiyə DİN-in nümayəndə heyətini qəbul edib

Next Post

Mətbuat Şurasının növbəti qurultayı keçiriləcək

Bənzər yazılar

Səudiyyə Ərəbistanının cənubunda husilərin atdığı üç ballistik raket vurulub

Səudiyyə Ərəbistanının cənubunda husilərin atdığı üç ballistik raket vurulub

02 Oktyabr 2026 - 22:57

Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya Yəmənin "Ənsar Allah" hərəkatı (husilər) tərəfindən krallığın cənubundakı Xamis-Muşayt şəhərinə doğru atılmış üç ballistik raketi...

Kubanıçbek Ömüralıyev: Bu gün TDT-nin beynəlxalq mövcudluğu daha nəzərəçarpandır

Kubanıçbek Ömüralıyev: Bu gün TDT-nin beynəlxalq mövcudluğu daha nəzərəçarpandır

02 Oktyabr 2026 - 22:55

Türk Dövlətləri Təşkilatının (TDT) beynəlxalq mövcudluğu daha nəzərəçarpandır. Elchi.az xəbər verir ki, bu, TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyevin Türk Dövlətləri...

Türkiyədə silahlı insident olub, iki nəfər ölüb

Türkiyədə silahlı insident olub, iki nəfər ölüb

02 Oktyabr 2026 - 22:51

Türkiyənin cənub-şərqindəki Siirt vilayətində silahlı insident baş verib. Elchi.az "Haber Global"a istinadən xəbər verir ki, insident zamanı iki nəfər həyatını...

Kanada uzun illərdən sonra Beynəlxalq Buzüstü Hokkey Federasiyasının Şurasında yer almayacaq

Kanada uzun illərdən sonra Beynəlxalq Buzüstü Hokkey Federasiyasının Şurasında yer almayacaq

02 Oktyabr 2026 - 22:18

Kanada 1990-cı illərdən bəri ilk dəfə Beynəlxalq Buzüstü Hokkey Federasiyasının (IIHF) Şurasında yer almayacaq. Elchi.az xəbər verir ki, bu barədə...

Next Post
Mətbuat Şurasının növbəti qurultayı keçiriləcək

Mətbuat Şurasının növbəti qurultayı keçiriləcək

Azərbaycanda koronavirusa yoluxanlar varmı? – Nazirlik cavab verdi

Azərbaycanda koronavirusa yoluxanlar varmı? - Nazirlik cavab verdi

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

03 Oktyabr 2026 - 14:00
Anatoli Kaşpirovski vəfat etdi

Anatoli Kaşpirovski vəfat etdi

03 Oktyabr 2026 - 13:43
Sabah Ziya Bünyadov prospektində yolötürücüsündə müayinə aparılacaq

Sabah Ziya Bünyadov prospektində yolötürücüsündə müayinə aparılacaq

03 Oktyabr 2026 - 13:30
Səudiyyə Ərəbistanı husilərin mövqelərinə artilleriya zərbələri endirdi

Səudiyyə Ərəbistanı husilərin mövqelərinə artilleriya zərbələri endirdi

03 Oktyabr 2026 - 13:16
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb

Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb

03 Oktyabr 2026 - 12:58

Sabah Bakıda yağış yağacaq, dağlıq ərazilərə qar düşəcək

03 Oktyabr 2026 - 12:52
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03 Oktyabr 2026 - 12:52
Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

03 Oktyabr 2026 - 12:40
NATO qırıcıları Litvaya görə havaya qaldırıldı

NATO qırıcıları Litvaya görə havaya qaldırıldı

03 Oktyabr 2026 - 12:21
Qrız, Xınalıq, Qusar və Şahdağa qar yağır – VİDEO

Qrız, Xınalıq, Qusar və Şahdağa qar yağır – VİDEO

03 Oktyabr 2026 - 12:09
Dövlət başçısı İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

Dövlət başçısı İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03 Oktyabr 2026 - 11:55
Azərbaycan lideri Almaniya Prezidentini təbrik edib

Azərbaycan lideri Almaniya Prezidentini təbrik edib

03 Oktyabr 2026 - 11:53
Azərbaycan Prezidenti İraq liderini təbrik edib

Azərbaycan Prezidenti İraq liderini təbrik edib

03 Oktyabr 2026 - 11:52
Bakıda aylıq normadan çox yağıntı düşüb – FAKTİKİ HAVA

Bakıda aylıq normadan çox yağıntı düşüb – FAKTİKİ HAVA

03 Oktyabr 2026 - 11:51
Suqovuşan və Talış kəndlərində görülən işlər açıqlanıb

Suqovuşan və Talış kəndlərində görülən işlər açıqlanıb

03 Oktyabr 2026 - 11:25
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.