"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Gəncənin raket atəşinə tutulması əmrinin Ermənistan rəhbərliyi tərəfindən verildiyi məhkəmədə növbəti dəfə təsdiqlənib

06 Oktyabr 2025 - 21:38
in CƏMİYYƏT, MANŞET
FacebookVatsap

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası oktyabrın 6-da davam etdirilib.

Bunu da oxuyun

Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq

ÜST ölümcül Ebola virusu barədə xəbərdarlıq edir!

Elchi.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

Məhkəmə prosesi cinayət işləri üzrə sənədlərin elan olunması ilə davam etdirilib.

Əvvəlcə 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Gəncə şəhərinin raketlərlə vurulmasına dair sənədlər elan edilib.

Tədqiq olunan sənədlərdə göstərilib ki, Ermənistan silahlı qüvvələri atəşkəs rejimini və beynəlxalq hüquq normalarını, o cümlədən silahlı münaqişələr zamanı mülki şəxslərin müdafiəsinə dair 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyasının tələblərini kobud şəkildə pozaraq, 2020-ci il oktyabr ayının 4-də, 5-də, 8-də, 11-də və 17-də cəbhədən uzaqda yerləşən Gəncə şəhərində yaşayış məntəqələrinə, hərbi hədəf olmayan mülki obyektlərə, həmçinin mülki əhaliyə 9K58 “Smerç” (BM-30) və 9K72 “Elbrus” tipli raketlərlə zərbələr endiriblər.

Bununla da Ermənistan silahlı qüvvələri hərbi zərurətdən irəli gəlməyən genişmiqyaslı dağıntılar, mülki vətəndaşların xəsarət alması və ölümü ilə nəticələnən, habelə mülki əhalinin xüsusilə külli miqdarda əmlakının məhv edilməsi ilə müşayiət olunan terrorçuluq və digər cinayətlər törədiblər.

İbtidai istintaq zamanı qeyd olunan hadisələrin hər biri üzrə hadisə yerlərinə baxış keçirilib, həlak olmuş şəxslərin meyitlərinin məhkəmə-tibbi eksperti tərəfindən müayinə edilməsi, yaralanmış şəxslərin xəsarətlərinə dair məhkəmə-tibbi ekspertizasının rəylərinin alınaraq iş materiallarına əlavə edilməsi, ölmüş zərərçəkmiş şəxslərin hüquqi varislərinin tanınaraq dindirilməsi həyata keçirilib, eyni zamanda, xəsarət almış şəxslərin zərərçəkmiş şəxs qismində tanınmalarına dair qərarların qəbul edilərək iş üzrə dindirilməsi, habelə şahidlərin dindirilməsi və sair istintaq hərəkətlərinin həyata keçirilməsi təmin edilib.

Sənədlərdə qeyd olunub ki, 2020-ci il oktyabr ayının 4-də, 5-də, 8-də, 11-də və 17-də Gəncə şəhərinə edilmiş raket hücumları nəticəsində 26 mülki şəxs qəsdən öldürülüb, 175 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Həlak olmuş 26 nəfərdən 10-u kişi, 10-u qadın, 6-sı isə yetkinlik yaşına çatmayan şəxslərdir. Xəsarət almış 175 nəfərin isə 61-i kişi, 66-sı qadın, 48-i isə yetkinlik yaşına çatmayanlardır.

Şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə, yaşayış evlərinə və digər tikililərə külli miqdarda ziyan dəyib.

Sənədlərə əsasən, hadisə yerinə ilkin baxış keçirilməsi haqqında 2020-ci il 11 oktyabr tarixli protokola əsasən müəyyən edilib ki, Ermənistan silahlı qüvvələri ballistik raketdən istifadə etməklə Gəncəyə zərbə endirib.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, partlayış 1978-ci ildən sonrakı müddətdə SSRİ-də istehsal olunmuş, NATO təsnifatı üzrə “SS-1c Skud B” adlandırılan 9K72 “Elbrus” markalı əməliyyat-taktiki təyinatlı raketin partlaması nəticəsində baş verib.

Raketin ən çoxu 275 km uzaqlıqdan, Ermənistanın Vardenis yaşayış məntəqəsindən Gəncəyə istiqamətlənməsi ehtimal olunur. R-17 birpilləli maye yanacaqlı ballistik trayektoriyalı raket keçmiş SSRİ-də istehsal edilib və 1987-ci ildən istehsalı dayandırılıb.

Bu tip raketlər keçmiş SSRİ-nin, habelə MDB dövlətlərinin silahlı qüvvələri üçün strateji vasitə olan əməliyyat-taktiki silah sistemlərinə aid olduğundan, tətbiq hüququ müvafiq dövlətin başçısına, habelə onun razılığı ilə müdafiə nazirinə məxsusdur.

Belə raketlər dəqiq hərbi hədəflərə deyil, yaşayış məntəqələrinə və mülki infrastruktura qarşı tətbiq edildikdə ağır fəsadlarla, yəni kütləvi insan tələfatı və böyük dağıntılarla nəticələnir.

Bundan sonra təqsirləndirilən David Manukyan məhkəməyə müraciət edərək nümayiş olunan raket qurğularının və onların tətbiqinə dair “əmr” verməyin qondarma rejimin “rəhbərliyinin və ordusunun” səlahiyyətində olmadığını bildirib.

Hakim Zeynal Ağayev isə bildirib ki, hazırkı mərhələdə sənədlərin elan olunması prosesi gedir. Sənədlərin elanı başa çatdıqdan sonra münasibət bildirmək üçün müdafiə tərəfinə şərait yaradacaq.

Sonra təqsirləndirilən şəxs Arayik Harutyunyanın vəkili məhkəmə iclasında tədqiq edilən sənədlərin surətlərinin təqdim olunmasını xahiş edib.

İclasa sədrlik edən Zeynal Ağayev sənədlərin surətlərinin təqdim olunacağını bildirib.

Sonra 44 günlük Vətən müharibəsi zamanı Göygöl, Tovuz, Daşkəsən, Samux, Siyəzən, Kürdəmir, Qəbələ rayonlarının, həmçinin Mingəçevir şəhərinin və Göygöl Milli Parkının ərazisinin raket atəşinə tutulması faktları ilə bağlı sənədlər elan olunub.

Daha sonra təqsirləndirilən Levon Mnatsakanyanın vəkili müdafiə etdiyi şəxslə konfidensial görüş üçün vəsatətlə çıxış edib.

Hakim Zeynal Ağayev vəsatəti təmin edib və məhkəmədə fasilə elan olunub.

Fasilədən sonra məhkəmə iclası sənədlərin elan olunması ilə davam etdirilib.

Elan olunan sənədlərdən biri 44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən müharibə ərazisindən kənarda yerləşən Bərdə şəhərinə raket hücumları ilə bağlı olub.

Tədqiq edilən sənədlərdə göstərilib ki, Vətən müharibəsi dövründə ayrı-ayrı vaxtlarda Bərdəyə raket hücumları nəticəsində aralarında uşaq, qadın və yaşlılar da olmaqla 29 nəfər qəsdən öldürülüb, 112 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə, yaşayış evlərinə və digər tikililərə külli miqdarda ziyan dəyib.

Sənədlərin tədqiqi cinayət işlərinə aid fotolarla müşayiət olunub.

Məhkəmə prosesi oktyabrın 9-da davam etdiriləcək.

Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 təqsirləndirilən şəxs ittiham edilir.

Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

 

 

Previous Post

Şmıqal: Ukrayna Slovakiyadan “Bozena” minatəmizləmə maşınları alacaq

Next Post

Gürcüstanda prezident sarayına basqın edənlərin tutulması üçün əməliyyat keçirilir

Bənzər yazılar

Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

04 İyun 2026 - 11:30

Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Dənizkənarı Milli Parkda 15 İyun –...

Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq

Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq

04 İyun 2026 - 11:24

Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq. Elchi.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün...

ÜST ölümcül Ebola virusu barədə xəbərdarlıq edir!

ÜST ölümcül Ebola virusu barədə xəbərdarlıq edir!

04 İyun 2026 - 11:15

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Konqo Demokratik Respublikasında Ebola epidemiyasının rəsmi olaraq elan edilməzdən aylar əvvəl başlamış ola biləcəyini açıqladı. Mütəxəssislər...

Geomaqnit qasırğası olacaq

Geomaqnit qasırğası olacaq

04 İyun 2026 - 10:58

İyunun 4-də Günəş aktivliyi yüksək olacaq. Geomaqnit qasırğası olacaq. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən xəbərə görə,...

Next Post
Gürcüstanda prezident sarayına basqın edənlərin tutulması üçün əməliyyat keçirilir

Gürcüstanda prezident sarayına basqın edənlərin tutulması üçün əməliyyat keçirilir

Viktor Orban İlham Əliyevlə görüşündən paylaşım edib: Dostu görmək hər zaman xoşdur

Viktor Orban İlham Əliyevlə görüşündən paylaşım edib: Dostu görmək hər zaman xoşdur

Comments 42

  1. Rəna Hacıyeva says:
    8 ay ago

    Bu məhkəmə prosesi çox vacibdir. Gəncəyə atılan raketlərin kim tərəfindən əmr olunduğu ədalətlə üzə çıxacaq. Bu hadisələrin unudulmayacağını göstərir. Hüquq-müdafiəçilərimizə uğurlar arzu edirəm.

    Cavabla
  2. Tahir Qurbanov says:
    8 ay ago

    Bəli, bu yazıda gncnin mövzusuyla bağlı yaxşı məlumat verilib. Ermənilər doğrudan da çox pis işlər görüblər. Gəncəyə atılan raketlər heç lazım deyildi, günahsız insanlara ziyan vurdular. Buna görə də məhkəmənin düzgün qərar verəcəyinə inanırıq.

    Cavabla
  3. Kamal Bəkirov says:
    8 ay ago

    Bu məhkəmə prosesi çox vacibdir. Axırki Gəncənin bombalanması əmrinin kimdən gəldiyi təsdiqləndi. Ermənilər bir daha özlərini ifşa elədilər. Bu ədalətin bir hissəsidi.

    Cavabla
  4. Elçin Nəbiyev says:
    8 ay ago

    Bu məhkəmə prosesinin davam etdirilməsi çox vacibdir. Ermənistanın törətdiyi cinayətlər, xüsusilə Gəncəyə edilən raket hücumu unudulmamalıdır. Hər bir təqsirləndirilən şəxs öz əməllərinə görə cavab verməlidir. Məhkəmənin ədalətli qərar verəcəyinə inanırıq.

    Cavabla
  5. Təmkinə Vahabova says:
    8 ay ago

    Bu məlumatlar çox önəmlidi, axır ki gerçək üzə çıxdı. Gəncəyə atılan raketlərin Ermənistan rəhbərliyinin əmriylə olduğu təsdiqləndi. Bu məhkəmə prosesi çox vacibdir.

    Cavabla
  6. Səbinə Muradova says:
    8 ay ago

    Bu məhkəmə prosesi çox vacibdir. Gəncəyə raket atılmağını eşidəndə çox üzülmüşdüm, uşaqlar öləndə lap pis oldu. İnşallah, ədalət yerini tapar.

    Cavabla
  7. Ayxan Kazımov says:
    8 ay ago

    Bu məhkəmə prosesi çox vacibdir. Gəncəyə atılan raketlərin Ermənistan rəhbərliyi tərəfindən əmr olunduğu bir daha sübut olunur. Sülhə mane olan bu cür cinayətlərin üstünün açılması vacibdir. Hər kəs haqqında qanun qarşısında cavab verməlidir.

    Cavabla
  8. Cavid Hacıyev says:
    8 ay ago

    Vay, nə böyük iş görülüb! Gncnin də başına gələnlər heç də pis deyilmiş hə. Bu ermənilər özləri bilmir nə edirlər, elə bil. Məhkəmə də doğru iş görür, axı belə şeylərə susmaq olmaz. Uğurlar məhkəməyə, haqq yerini tapacaq inşallah!

    Cavabla
  9. Pərviz Qarayev says:
    8 ay ago

    Bu məhkəmə prosesi çox vacibdir. Gəncəyə edilən hücumla bağlı bütün həqiqətlər ortaya çıxır. Ermənistanın törətdiyi cinayətlər heç vaxt unudulmamalıdır. Qurbanların ədalət tələbi yerinə yetirilməlidir.

    Cavabla
  10. Rüfət Əhmədov says:
    8 ay ago

    Əcəb olub! Belə vicdansızlığa görə hamısı cəzasını almalıdır. Gəncəyə atılan raketlər yadımdadı, o qədər uşaq öldü orda. Ermənilər həmişə belədir, heç vaxt düzgünlüyə gəlməz. Ədalət təntənə qazanacaq inşallah.

    Cavabla
  11. Həcər Ağayeva says:
    8 ay ago

    Bu xəbər çox sevindirici idi. Gəncəyə atılan raketlərin Ermənistan rəhbərliyinin əmri olduğu artıq məhkəmədə də təsdiqləndi. Ədalət yerini tapır, bu da çox vacibdir. İnşallah, bu cinayətkarlar layiqli cəzalarını alacaqlar.

    Cavabla
    • Babək Qasımov says:
      8 ay ago

      Bu məhkəmə prosesinin davam etməsi çox önəmlidi. Gəncəyə atılan raketlər barədə məlumatlar təqdim olundu. Bu cinayətlərin üstünün açılması və ədalətin bərqərar olması üçün bu məhkəmə çox vacibdir. Ümid edirəm ki, təqsirləndirilənlər layiqli cəzalarını alacaqlar.

      Cavabla
  12. Ramin Qafarov says:
    8 ay ago

    Bu məhkəmə prosesi çox vacibdir, çünki Ermənistanın törətdiyi cinayətlər üzə çıxır. Gəncənin bombalanması ilə bağlı sənədlər göstərir ki, onlar sadə insanlara hücum ediblər. Belə şeylərə görə cavab verməlidirlər. Bu məhkəmə haqq-ədalətin yerinə yetdiyini göstərir.

    Cavabla
  13. Murad Vahabov says:
    8 ay ago

    Elədi, elə olubdu bu işlər. Gncnin başına gələnləri bilirik, adam öldürmək olmaz heç kim. Məhkəmə düz iş görüb, bunları cəzalandırmalıdırlar. Mənim də fikrimcə bu belə olmalıdı.

    Cavabla
  14. Şahin Kazımov says:
    8 ay ago

    Bu məhkəmə işi çox vacibdir, elə bil gncnin işinə baxırlar. Hamı bilməlidir ki, ermənilər nələr etdi. Allah haqqı, bunlar düzgün deyil. Belə şeylər olmamalıdır.

    Cavabla
  15. Fuad Ağayev says:
    8 ay ago

    Ay bala, bu ermənilərin nə boyda gunahları var, hamısı üzə çıxacaq, inşallah. Gəncəyə atılan raketlər hamısı boşuna deyildi, bu gncnin də kökü kəsiləcək. Allah haqqını verəcək hamıya.

    Cavabla
  16. Elvin Qurbanov says:
    8 ay ago

    Belə şeylər qətiyyən olmazdı, nə bilirdim ki gncnin belə şeylər eləyəcəklərini, necə ki belə olmazdı.

    Cavabla
    • Ruhəngiz Kazımova says:
      8 ay ago

      Əlbəttə, aşağıdakı kimi bir şərh yaza bilərsiz:

      Bu məhkəmə prosesi çox vacibdir. Gəncəyə atılan raketlərin Ermənistan rəhbərliyinin əmriylə olduğu bir daha sübut olundu. Mənim gncnin-lə bağlı dediklərim də yəqin ki, bu üzdəndir, belə şeyləri əvvəlcədən bilmək çətindir. Haqq ədalət yerini tapacaq inşallah.

      Cavabla
  17. Aybəniz Hüseynova says:
    8 ay ago

    Bu məhkəmə prosesinin nəticələri çox önəmlidi, axır ki, Gəncəyə edilən hücumun əmrinin kimdən gəldiyi təsdiqləndi. Bu qədər günahsız insanın ölümünə səbəb olanlar layiqli cəzasını almalıdı. Azərbaycanın haqq işinin müdafiəçilərinə uğurlar. İnanıram ki, ədalət yerini tapacaq.

    Cavabla
    • Elvin Vəliyev says:
      8 ay ago

      Vay, bu ermənilər necə də bacarıqlı imişlər, Gəncəyə belə raketlər atırlar, amma əslində Gəncənin dərdini çəkən yoxdu. Məhkəmə işləri davam edir, axır ki, kimin kim olduğunu biləcəyik. Ümid edək ki, ədalət zəfər çalacaq. Axı necə olur ki, hamı öz dilində danışır, amma heç kim bir-birini başa düşmür?

      Cavabla
  18. Nahidə Babayeva says:
    8 ay ago

    Haqlisiz. Gəncin, yəni gncnin vurulması böyük bir cinayətdi. O vaxt kimlərin günahkar olduğunu belə bir məhkəmədə bilmək çox vacibdi. Səsimiz çıxır, haqqımızı tələb edirik. Bu işin sonu yaxşı olacaq.

    Cavabla
  19. Təranə Əhmədova says:
    8 ay ago

    Əladır, bu işlər beləcə olmalıdı! Onların hamısı cəzalanacaqdır. Elə o günlər hamı bilirdi ki, bu işləri elə ermənilər eləyiblər. Gəncəyə atılan o bombalar yadımdadı, necə də pis idi. Bu məhkəmə işi də yaxşı olub.

    Cavabla
  20. Məsumə Xəlilova says:
    8 ay ago

    Hə, düz deyirsiniz. Bu ermənilər elədir də, hər şeyi pozurlar. Gncnin açar sözü də elə bu haqda deyir. Onları cəzalandırmaq lazımdır.

    Cavabla
  21. Zülfiyyə Bədəlova says:
    8 ay ago

    Məhkəmə prosesi ilə bağlı verilən məlumatlar çox önəmlidi. Gəncənin bombalanması haqqında oxuduqlarım məni çox üzdü. Bu cinayətləri törədənlər layiqli cəzasını alacaq inaniram. Allah Azərbaycan ordusunu qorusun.

    Cavabla
    • Qurban Rzayev says:
      8 ay ago

      Məhkəmə prosesi ədalətin yerini tapması üçün vacibdir. Gəncəyə edilən hücum xəbəri çox pisdir, belə cinayətlərin unudulmamalıdır. Ümid edirəm ki, günahkarlar layiqli cəzalarını alacaqlar. Allah Azərbaycanı qorusun.

      Cavabla
  22. Tahir Nəbiyev says:
    8 ay ago

    Bu məqalə çox əhəmiyyətlidir, bu gncninin kimlər olduğunu bilmək vacibdir. Sülh və insanlıq əleyhinə cinayətlər törədən bu adamlar mühakimə olunmalıdır. Ədalət tələb edir ki, bu cinayətkarlar cəzalarını çəksin. Allah kömək etsin.

    Cavabla
  23. Kamal Xəlilov says:
    8 ay ago

    Bu məhkəmə prosesi çox maraqlıdır! Gncnin günahkarları tezliklə cəzalarını alacaqlar inşəallah. Allah ordumuzu qorusun!

    Cavabla
    • Səidə Xəlilova says:
      8 ay ago

      Bu məhkəmə prosesinin gedişatı çox vacibdir. Gəncəyə atılan raketlərin kim tərəfindən əmr olunduğunun təsdiqlənməsi ədalət naminə önəmlidir. Bu cür cinayətlərin törədənlərinin cəzalandırılması lazımdır. Məhkəmə prosesinin qanunauyğun şəkildə davam etməsini arzu edirik.

      Cavabla
      • Gülşən Vəliyeva says:
        8 ay ago

        Bu məhkəmə prosesi çox əhəmiyyətlidir. Gəncəyə atılan raketlərin kim tərəfindən əmr olunduğunun təsdiqlənməsi ədalət naminə önəmlidir. Bu cür cinayətlərin törədənlərinin cəzalandırılması lazımdır. Məhkəmə prosesinin qanunauyğun şəkildə davam etməsini arzu edirik.

        Cavabla
  24. Ramin Rüstəmov says:
    8 ay ago

    Ayəə, bu gncnin işi çoxdandı gedir e, amma nəhayət ki, işlər ciddiyə alınıb. Elə Gəncəyə atılan raketlər də heç vaxt unudulmayacaq. Ədalət yerini tapacaq inşallah, bu dəfə heç kim qaça bilməyəcək. Gəncəlilərə görə çox sevindim.

    Cavabla
    • Səməd Cəfərov says:
      8 ay ago

      Məncə, bu məhkəmə prosesi çox gecikmişdi, amma nəhayət ki, ədalət bərqərar olacaq. Gəncəyə atılan o raketləri heç vaxt unutmaram. Ümid edirəm ki, günahkarlar cəzalarını alacaqlar. Xalqımız üçün çox sevindirici haldır bu.

      Cavabla
  25. Faiq Abbasov says:
    8 ay ago

    Bəli, bu məhkəmə prosesi çox vacib idi, axırki haqq yerini tapır. Gəncəyə atəş açanlar cəzalarını almalıdırlar. Bu xəbər hamımızı sevindirdi, ədalət bərpa olunur.

    Cavabla
  26. Kamran Abdullayev says:
    8 ay ago

    Məhkəmə prosesi ilə bağlı verilən məlumatlar çox önəmlidir. Gncnin raket atəşinə tutulması ilə bağlı sənədlərin elan olunması cinayətin ağırlığını bir daha ortaya qoyur. Ədalətin bərpası üçün bu cür proseslər vacibdir.

    Cavabla
    • Ülviyyə Vəliyeva says:
      8 ay ago

      Həqiqətən də məhkəmə prosesindən verilən məlumatlar çox əhəmiyyətlidir. Gəncəyə edilən raket zərbələri ilə bağlı sənədlərin təqdim olunması cinayətin nə qədər dəhşətli olduğunu bir daha göstərir. Məhkəmədə növbəti dəfə təsdiqləndi ki, Gəncənin bombalanması əmrini Ermənistan rəhbərliyi veribmiş. Ədalətin yerini tapması üçün bu cür məhkəmələr çox vacibdir.

      Cavabla
  27. Rəna Tağıyeva says:
    8 ay ago

    Əladı, bu işləri axıra qədər aparmaq lazımdı. Guya nə bilirdilər ki? Gncnini dağınıb elə bilərlər eləyən nədir? Onlar da başa düşməyibləe, nə olub. Axırda hər şey ortaya çıxacaq.

    Cavabla
  28. Nəzrin Məmmədzadə says:
    8 ay ago

    Bu məhkəmə prosesi çox vacibdir. Ermənistanın Gəncəyə etdiyi zülmlər unudulmamalıdır. Bu cinayətləri törədənlər cəzalandırılmalıdır. Belə şeylər bir daha olmamalıdır, gncnin önəmi buradadır.

    Cavabla
    • Turanə Abbasova says:
      8 ay ago

      Bu məhkəmə prosesinin keçirilməsi çox sevindiricidir. Gəncəyə qarşı törədilən bu haqsızlıqlar heç vaxt unudulmamalıdır. Ədalətin bərqərar olacağına inanırıq. Belə hadisələr bir daha təkrarlanmasın.

      Cavabla
  29. Fərid Xəlilov says:
    8 ay ago

    Çox doğru xəbərdi, bu ermənilərin nə qədər qəddar olduğunu bir daha göstərir. Gəncəyə atılan raketlərin cənabların əmriylə atıldığı artıq məhkəmədə də sübut olundu. Bu hadisə heç vaxt yadımdan çıxmayacaq. Belələri cəzasını almalıdır.

    Cavabla
  30. Könül Nuriyeva says:
    8 ay ago

    Məqaləni oxudum. Bu məlumatlar çox vacibdi. Axır ki, Gəncəyə atəş əmrini verənlər məhkəmədə cavab verir. Haqq-hesab çəkildi, sevindirici haldı. Bu cinayətkarlar cəzalarını alacaqlar, inşallah.

    Cavabla
  31. İlhamə Hüseynova says:
    8 ay ago

    Bunnan razıyamda, bele işler olmamalıdır. Gəncəni niye vurdular bilmirem, hec gncnin ne demek oldugunu da menim kimi çox adam bilmir. Amma bilirem ki, bele şeylere gore cezalandırmalıdırlar. Elçi.az xəbər verdiyi kimi, hamısı öz yerini tapacaq inşallah.

    Cavabla
  32. Fəridə Rüstəmova says:
    8 ay ago

    Bu məhkəmə prosesi çox önəmlidi, nəhayət həqiqət ortaya çıxır. Gəncəyə atılan raketlərin əmrini verənlər cəzalanacaq. Bu, bütün Azərbaycan üçün ədalətin bərpası deməkdir. Xalqımız bu günü çoxdan gözləyirdi.

    Cavabla
  33. Rüfət Ələkbərov says:
    8 ay ago

    Bu məhkəmə prosesinin ədalətlə davam etməsi çox vacibdir. Gəncəyə edilən hücumlar heç vaxt unudulmamalıdır. Belə cinayətləri törədənlər cəzalarını almalıdır. İnşallah ədalət yerini tapar.

    Cavabla

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

04 İyun 2026 - 11:30
Tramp etiraf edir: Netanyahunun iddiaları bu sözlərlə təsdiqləndi

Tramp etiraf edir: Netanyahunun iddiaları bu sözlərlə təsdiqləndi

04 İyun 2026 - 11:27
Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq

Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq

04 İyun 2026 - 11:24
ÜST ölümcül Ebola virusu barədə xəbərdarlıq edir!

ÜST ölümcül Ebola virusu barədə xəbərdarlıq edir!

04 İyun 2026 - 11:15
Tramp: İranla razılaşma bu həftəsonu əldə edilə bilər

Tramp: İranla razılaşma bu həftəsonu əldə edilə bilər

04 İyun 2026 - 11:04
Geomaqnit qasırğası olacaq

Geomaqnit qasırğası olacaq

04 İyun 2026 - 10:58
ABŞ: İsrail və Livan atəşkəs barədə razılığa gəldilər

ABŞ: İsrail və Livan atəşkəs barədə razılığa gəldilər

04 İyun 2026 - 10:51
NASA, MAVEN kosmik gəmisinin Mars missiyası başa çatdı

NASA, MAVEN kosmik gəmisinin Mars missiyası başa çatdı

04 İyun 2026 - 10:43
İran müharibəsi Yaponiyada plastik torba böhranına səbəb oldu

İran müharibəsi Yaponiyada plastik torba böhranına səbəb oldu

04 İyun 2026 - 10:36
Humanoid robot bazarında investisiya yarışı qızışır

Humanoid robot bazarında investisiya yarışı qızışır

04 İyun 2026 - 10:29
2026 Dünya Kuboku heyətləri: Statistik təhlil: Ən yaşlı, ən gənc və ən Yaxşı liqalar

2026 Dünya Kuboku heyətləri: Statistik təhlil: Ən yaşlı, ən gənc və ən Yaxşı liqalar

04 İyun 2026 - 10:17
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda, arpa və gübrə göndəriləcək

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda, arpa və gübrə göndəriləcək

04 İyun 2026 - 10:08
İsrail Qəzzada əməliyyatların ikinci mərhələsinə başlayıb

Doktoranturaya xarici dil üzrə qəbul və fəlsəfə doktoru imtahanlarının tarixləri müəyyənləşib

04 İyun 2026 - 10:00
“Brent” nefti 7%-dən çox bahalaşdı

Azərbaycan nefti bahalaşıb

04 İyun 2026 - 09:45
“Çelsi”nin ikinci ən çox qol vuran futbolçusu vəfat edib

“Çelsi”nin ikinci ən çox qol vuran futbolçusu vəfat edib

04 İyun 2026 - 09:33
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.