Fransa prezidenti Makron Ukraynaya əks hücuma keçməyə kömək etmək niyyətini açıqlayıb

64

Fransa prezidenti Emmanuel Makron ölkələrin Kiyevə əks-hücum başlatmasına kömək etmək niyyətini açıqlayıb. Elchi.az RİA Novostiyə istinadən yazır ki, bu barədə o, Parisdə keçirilən sammitdən sonra Böyük Britaniyanın baş naziri Rişi Sunakla birgə mətbuat konfransında bildirib.

“Bizim yaxın gələcək üçün arzumuz Ukraynaya sağ qalmasına kömək etmək və onun həyata keçirmək istədiyi əks-hücuma başlamaqdır”, – Fransa lideri bildirib.

Bundan əvvəl Makron Ukraynadakı münaqişənin qlobal qarşıdurmaya çevrilməsinin qarşısını almağa çağırıb. Onun sözlərinə görə, Paris və London münaqişənin dünyanın digər hissələrinə yayılmasının qarşısını almaq üçün hər şeyi edir.

Havar Şəfiyeva