Finlandiya hökuməti Ukraynaya edilən yardımlar çərçivəsində 16-cı müdafiə dəstək paketinin göndəriləcəyini açıqlayıb.
Elchi.az xəbər verir ki, Finlandiya hökumətindən verilən yazılı açıqlamada yardımın Finlandiya prezidenti Sauli Niinistö tərəfindən təsdiqləndiyi bildirilib.
Sözügedən yardımın Ukraynaya göndəriləcək 16-cı dəstək paketi olduğuna diqqət çəkən açıqlamada, “Yardım, digərləri arasında zenit silahları və sursatları da əhatə edir. Bu yardımın Finlandiyaya 109 milyon Avroya başa gələcəyi təxmin edilir”,-deyilib.
Bəyanatda fikirlərinə yer verilən Finlandiyanın müdafiə naziri Antti Kaykkonen, “Finlandiya beynəlxalq tərəfdaşlarımızla birlikdə Ukraynaya dəstəyini davam etdirəcək”,-deyə bildirib.
Kaykkonen qeyd edib ki, Finlandiyanın Ukraynaya çatdırdığı bütün müdafiə yardım paketlərinin dəyəri 1,1 milyard avro təşkil edir.
Nazir Kaykkonen bildirib ki, əməliyyat səbəblərindən və yardımın təhlükəsiz çatdırılmasını təmin etmək üçün yardımın məzmunu, çatdırılma üsulu və ya qrafiki haqqında məlumat verilməyəcək.
Nuranə Məmmədova