Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
FHN-dən verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 61 yanğına çıxış və 2 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 3 nəfər, o cümlədən Mingəçevir sularda xilasetmə məntəqəsinin ərazisində qeyri-çimərlik ərazidə çimərkən batma təhlükəsi olan 1 nəfər dalğıc-xilasedicilərin çevik müdaxiləsi nəticəsində xilas edilib.
Hindistanda poladtökmə zavodunda baş verən yanğında səkkiz nəfər ölüb
Hindistanın Andhra-Pradeş ştatının Vişakhapatnam şəhərində yerləşən poladtökmə zavodunda baş verən yanğın zamanı azı səkkiz işçi ölüb. E xəbər verir ki,...



















Son şərhlər