Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
FHN-dən verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 61 yanğına çıxış və 2 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 3 nəfər, o cümlədən Mingəçevir sularda xilasetmə məntəqəsinin ərazisində qeyri-çimərlik ərazidə çimərkən batma təhlükəsi olan 1 nəfər dalğıc-xilasedicilərin çevik müdaxiləsi nəticəsində xilas edilib.
Ermənistanda saxlanılan əsgərimiz həbs edildi
Ermənistan İstintaq Komitəsi Azərbaycan vətəndaşı Nəsimi Rəhim oğlu Musayev barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatət qaldırıb. Elchi.az xəbər verir...





















Son şərhlər