Evdə 1 ABŞ dolları ilə varlanmaq mümkündürmü? İnsanların çoxu bu ehtimala inanmasa da, belə bir kağız parçası minlərlə dollara başa gələ bilər! Bunun üçün sadəcə pulun seriya nömrəsini yoxlamaq lazımdır.
Elchi.az CoolSerialNumbers.com-a istinadən bildirir ki, maraqlı seriya nömrələri ilə dollarları asanlıqla almaq mümkündür.
Bəs, hansı rəqəmləri uğurlu hesab etmək olar?
Seriya nömrəsində yeddi ardıcıl eyni rəqəmi olan pul yüksək qiymətləndirilir. Məsələn: 47777777. Yeddi eyni nömrə fərqli ardıcıllıqda olsa belə, bu da qiymətli hesab olunur. Məsələn: 33383333.
Qeyd edək ki, 1 ABŞ dollarını yığan kolleksiyaçılar seriya nömrəsindəki təkrarları çox sevirlər. 01111110 və ya 54545454 nömrəsini qeyd edə bilərik. Onlar belə birləşmələr üçün kifayət qədər yaxşı məbləğ ödəyirlər. Məsələn: 55558888, 33337777.
Təbii ki, bu cür əskinaslar nadir hallarda olur, çünki onlar üçün əsl “ov” elan edilib.
Yeganə