“Fransa Ermənistan əlaqələrinin inkişafı regionda sülhün əldə edilməsinə mane olur. N. Paşinyanın Fransaya səfəri çərçivəsində bu ölkədən yardım istəməsi əsasən, Azərbaycana qarşı yeni hərbi təxribatlara əl atmasına hesablanır. Həmçinin Fransa hərbiçilərini Azərbaycanla sərhəddə yerləşdirilməsini müzakirə edib”.
Elchi.az xəbər verir ki, bu barədə politoloq Məhəmməd Əsədullazadə FB hesabında bildirib:
“Qeyd edim ki, Fransa Ermənistan əlaqələri Azərbaycan əleyhinə yönəlib. Əgər, Ermənistan ABŞ vasitəçiliyi ilə Vaşinqtonda sülh danışıqları apardacaqsa, Fransa ilə hərbi -texniki əməkdaşlıq edəcəksə, həmçinin Həmçinin Hindistandan silah alacaqsa demək Vaşinqton danışıqlarını imitasiya edəcək. Bu kimi danışıqlardan vaxt qazanıb, müəyyən hərbi fəaliyyətini təkmilləşdirəcək.
Təbii ki, ABŞ, Fransanın bu məsələdə aktivliyini qəbul etməyəcək. N. Paşinyanın Paris, Vaşinqton və Brüssel arasında var-gəl etməsi isə, öz əleyhinə çevriləcək. Ermənistanın indiki davranışlarında siyasi ritorikada sülh danışıqlarından danışılsa da praktiki isə, hərbi qarşıdurmaya hazırlanır. Əsas məqsədi demarkasiya olunmamış ərazilərdən Azərbaycan ordusuna qarşı təxribatlara əl atmaqdır.
Prezident İlham Əliyev Ermənistanla bağlı siyasətində öz strateji planı var. Və bu plandan geri çəkilməyəcək. Bu plana uyğun olaraq Ermənistanın iddia etdiyi ərazilərə Azərbaycan nəzarəti bərpa edəcək.
ABŞ isə, Azərbaycanı yeni nəzarət etdiyi ərazilərdən qoşunlarının çıxarılmasını tələb etməyəcək. Danışıqlar prosesi gərgindir və növbəti hərbi eskalasiyaya Yerevan əl atır”.
Yeganə