ABŞ Ədliyyə Nazirliyi, yetkinlik yaşına çatmayan qızları hədəf alan fahişəlik şəbəkəsi idarə etdiyi iddiası ilə həbsxanada ölən milyarder Ceffri Epşteynin istintaqı ilə bağlı 2 milyondan çox sənədin hələ də nəzərdən keçirildiyini açıqladı.
Elchi.az xəbər verir ki, ABŞ Ədliyyə Nazirliyi, yetkinlik yaşına çatmayan qızları hədəf alan fahişəlik şəbəkəsi idarə etdiyi iddiası ilə həbsxanada ölən milyarder Ceffri Epşteynin istintaqı ilə bağlı 2 milyondan çox sənədin hələ də nəzərdən keçirildiyini açıqladı.
Nazirlik, Baş prokuror Pam Bondi, Baş prokuror müavini Todd Blanche və prokuror Cey Kleyton tərəfindən imzalanmış məktubu Federal hakim Paul Engelmayerə göndərdi.
Məktubda bildirilirdi ki, “Epstein Fayl Şəffaflığı Qanunu” çərçivəsində indiyə qədər təxminən 12.285 sənəd açıqlanıb və sözügedən qanuna cavab hesab edilə biləcək 2 milyondan çox sənəd hələ də nəzərdən keçirilir.
Məktubda istintaqda 400-dən çox vəkilin, o cümlədən prokurorluq və Ədliyyə Nazirliyinin onlarla vəkilinin, eləcə də Federal Təhqiqat Bürosunun (FTB) 100-dən çox xüsusi təlim keçmiş analitikinin iştirak etdiyi bildirilir.
Məktubda nazirliyin sənədləri “mümkün qədər tez” açıqlamağa sadiq olduğu, lakin qurbanların məxfiliyinin qorunmasının prioritet olaraq qaldığı vurğulanır.
Şayəstə





















