Venesuela prezidenti Nikolas Maduronun ABŞ tərəfindən saxlanılmasından sonra Maduronun vitse-prezidenti Delsi Rodrigez Milli Assambleyada and içdi və rəsmi olaraq müvəqqəti prezident vəzifəsini icra etməyə başladı.
Elchi.az xəbər verir ki, Venesuela Milli Assambleyasının (AN) adi sessiyasının başlaması münasibətilə mərasim keçirildi.
Mərasimdə Venesuela Milli Assambleyasının prezidenti Xorxe Rodrigez yenidən Assambleyanın prezidenti seçildi.
ABŞ-ın Venesuelaya hava hücumlarından və prezident Nikolas Maduronun sonradan saxlanılmasından sonra onun vitse-prezidenti Delsi Rodrigez Milli Assambleyada and içdi və rəsmi olaraq müvəqqəti prezident vəzifəsini icra etməyə başladı. Çıxışında Delsi Rodrigez dedi: “ABŞ-da girov saxlanılan iki qəhrəmanımızın, prezidentimiz Nikolas Maduro və (həyat yoldaşı) Siliya Floresin qaçırılması ilə bağlı dərin kədər hissi ilə buradayam.”
Müvəqqəti prezident vəzifəsini icra edən Rodrigez and içdi ki, ölkəsi azad və suveren bir millət kimi layiq olduğu səviyyəyə çatana qədər Venesuela xalqının gələcəyini təmin etmək üçün yorulmadan çalışacaq. Onun qardaşı və Milli Assambleyanın prezidenti Xorxe Rodrigez də Milli Assambleya adından Delsi Rodrigezin Assambleya tərəfindən “Müvəqqəti Prezident” seçildiyini elan etdi.
Beləliklə, Delsi Rodrigez Venesuelanın ilk qadın prezidenti oldu.
Şayəstə





















