NATO Rusiyaya alyansın məqsədlərinin müdafiə məqsədli olduğunu açıq şəkildə bildirib.
Elchi.az xəbər verir ki, bu barədə Brüsseldə NATO-nun Baş katibi Mark Rutte bəyan edib.
“Biz müdafiəyə yönəlmiş alyans olduğumuzu qeyd etdik”, – deyə o, Kalininqrad vilayəti ilə bağlı Rusiyanın xəbərdarlıqlarına alyansın necə reaksiya verməsi barədə sualı cavablandırarkən bildirib.
O, Rusiya tərəfinin NATO-ya göndərdiyi məktubun məzmununu şərh etməkdən imtina edib. “Düşünürəm ki, bunun məzmunu haqqında danışmaq onların işidir”, – deyə Baş katib Rusiya tərəfini nəzərdə tutaraq vurğulayıb.
O, hazırda NATO-ya qarşı nüvə silahının tətbiq olunma riskinin olmadığını qeyd edib.
Rutte həmçinin Rusiyanın alyansa hücum hazırladığını göstərən heç bir məlumatın olmadığını vurğulayıb. “Heç bir birbaşa təhlükə yoxdur. Əgər onlar öz qüvvələrini cəmləşdirsələr, biz bunu görəcəyik”, – deyə o bəyan edib.
Məryəm




















