"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home HADİSƏ

Dövlət Komissiyası narkotiklərlə bağlı yarımillik hesabat açıqladı

22 İyun 2026 - 16:25
in HADİSƏ
FacebookVatsap

Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə 2026-cı ilin yanvar-may aylarının yekununa dair məlumat açıqlanıb.

Bunu da oxuyun

İsmayıllıda ev və köməkçi tikili yanıb

Bakıda bağlı qapı arxasında qalan uşaqlar xilas edildi

Ceyranbatan qəsəbəsində yaşayış binasında yanğın baş verib

Elchi.az xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu məlumat yayıb.

2026-cı ilin yanvar-may ayları ərzində narkomanlığa və narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən müqayisəli şəkildə təhlil edilərək ümumiləşdirilib.

Hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 3766 cinayət faktı aşkarlanmışdır. Onlardan 890-ı narkotik vasitələrin qanunsuz satışı, 2841-i narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 33-ü narkotik tərkibli bitkilərin qanunsuz əkilib becərilməsi, 2-si bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.

Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 4 ton 263,1 kq 533,1 qram narkotik vasitələrin və psixotrop maddələrin 3 ton 664 kq 289,559 qramını marixuana, 212 kq 587,146 qramını heroin, 88 kq 128,798 qramını tiryək, 214 kq 243,147 qramını həşiş, 7 kq 937,74 qramını digər narkotik vasitələr və 76 kq 346,71 qramını psixotrop maddələr təşkil etmişdir. Bunlarla yanaşı 4486 ədəd həbmetadon, 3660 ədəd çətənə bitkisi və 29 həb psixotrop maddə aşkar edilərək götürülüb.

Qanunsuz dövriyyədən çıxarılmış 4 ton 263,1 kq 169,4 qramnarkotik vasitələrin və psixotrop maddələrinümumilikdə dəyəri 111 milyon 793 min AZN kimi qiymətləndirilir.

Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 2110 nəfər cəlb edilmiş, onlardan 2057-si kişi, 53-ü qadın olub.

Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 25 nəfəri xarici ölkə vətəndaşıdır.

Məsuliyyətə cəlb edilmiş 25 xarici ölkə vətəndaşından ümumilikdə 156 kq 822,062 qr və 974 ədəd həb müxtəlif növ narkotik vasitələr götürülüb.

Hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 73 fakt aşkar edilmiş, həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 1 ton 072 kq 342,425 qr və 950 ədəd həb metadon narkotik vasitə çıxarılıb.

Ümumilikdə, aşkar edilmiş cinayətlərin 88-i qrup halında törədilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 978 kq 133,4 qr və 950 ədəd həb metadon narkotik vasitə və psixotrop maddə, eləcə də 4,2 qr güclü təsir edən maddə müsadirə edilib.

1132 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilmiş və onlardan 887kq 290,9 qr müxtəlif növ narkotik vasitə müsadirə edilib.

Təhlil göstərir ki, 2025-ci ilin yanvar-may ayı ilə müqayisədə cari ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən aşkar edilən faktların ümumi sayı 31fakt, satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 249 fakt, nartkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi ilə bağlı faktların sayı 7 fakt, narkotiklərin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı faktların sayı 28 fakt, qrup halında olan cinayətlərin sayı 22 fakt, məsuliyyətə cəlb edilmiş xarici ölkə vətəndaşlarınınsayı isə 19 nəfər azalmış, narkotik vasitələrin qanunsuz satışı ilə bağlı faktların sayı 225 fakt, qanunsuz dövriyyədən çıxarılmış narkotiklərin çəkisi 949 kq 673,4 qr, məsuliyyətə cəlb olunmuş şəxslərin sayı 68 nəfər artıb.

2025-ci ilin yanvar-may ayı ilə müqayisədə 2026-cı ilin müvafiq dövrü ərzində qanunsuz dövriyyədən çıxarılmış digər narkotik vasitələrin çəkisi 13 kq 501,187 qr (63%), psixotrop maddələrin çəkisi 13 kq 370,085 qr (15%) azalıb.

Müsadirə edilmiş müxtəlif növ narkotik vasitələrin 3 ton 664 kq 289,599 qr-nı (85,9%) marixuana təşkil etmişdir. Onun da2 ton 988 kq 320,239 qr qramı (82,0%) tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş xarici ölkə mənşəli olmuşdur. 675 kq 969,36 qramı (20,4%) isə iqlim şəraitinə uyğun olaraq ölkə ərazisində istixanalarda, zirzəmilərdə, meşə ovalıqlarında və çay yataqlarında qanunsuz kultivasiya edilib.

Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə 30 yanvar 2026-ci ilin tarixdə qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə olunmuş külli və xüsusilə külli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə Komissiya tərəfindən 25 məhkəmə və istuintaq qərarları əsasında barəsində məhvetmə qərarı qəbul edilmiş 858 kq 620,899 qr, 22139 ədəd həb, 1056 ampul narkotik vasitə, psixotrop maddə və 4745 ədəd həb, 240 paket güclü təsir maddələr yandırma üsulu ilə məhv edilib.

Eyni zamanda hesabat dövründə qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə edilmiş az və xeyli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə komissiyaların birgə təşkilatçılığı ilə 26 rayon və şəhərdə 583 məhkəmə hökmü üzrə barəsində məhvetmə qərarı qəbul edilmiş ümumi çəkisi 27 kq 814,826 qr müxtəlif narkotik vasitələrin, psixotrop maddələrin, 113 ədəd çətənə bitkisi və 19 ədəd həb güclü təsir edən maddənin məhv olunması təmin edilib.

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 39002 nəfər istiqamətləndirilib. Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 2740 nəfərdən 1301 nəfərinin istifadəçi olması müəyyən olunmuş və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilib.

Hazırda metadonla əvəzedici müalicə proqramı üzrə 3 məntəqədə (Respublika Narkoloji Mərkəzində 279, QİÇS-lə Mübarizə Mərkəzində 293, Sumqayıt Narkoloji Mərkəzində 122 nəfər) 694 xəstə müalicə alır.

2026-cı ilin yanvar-may ayları ərzində “802” qaynar xətt telefon zəng xidmətinə 302 vətəndaş müraciəti daxil olmuşdur ki, onların 38-i narkotik vasitələrin qanunsuz dövriyyəsi, 25-i narkotik asılılıqdan müalicə, 239-si isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəlarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olmuşdur. Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 63 məktub ünvanlanıb.

802 qaynar xətt zəng xidməti vasitəsilə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirilmə təmin edilərək, narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair verilən məlumatlar əsasında müvafiq cinayət işləri qaldırılmış və qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitələr götürülmüş, narkotik istifadəçiləri könüllü müraciətləri əsasında ixtisaslaşmış tibb müəssisələrində müalicəyə yönləndirilib, narkotik asılılıqdan əziyyət çəkən ailələrə psixoloji dəstək və mövcud qanunvericiliyin müddəaları izah edilərək zəruri tövsiyələr verilib.

2026-cı ilin yanvar-may ayları ərzində Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə aidiyyəti dövlət qurumlarını cəlb etməklə ümumilikdə 110 tədbir (70 maarifləndirici və təşkilati tədbir, 40 maarifləndirici sosial aksiya) təşkil edilib.

Previous Post

Vens Hörmüz boğazının açıq olduğunu bəyan edib

Next Post

Azərbaycanda dövriyyədən çıxarılmış narkotikin manatla ekvivalenti açıqlandı

Bənzər yazılar

İsmayıllıda ev və köməkçi tikili yanıb

İsmayıllıda ev və köməkçi tikili yanıb

10 Oktyabr 2026 - 13:50

İsmayıllı rayonunun Mican kəndində yanğın hadisəsi baş verib. Elchi.az xəbər verir ki, kənd sakininə məxsus ümumi sahəsi 150 kvadratmetr olan...

Bakıda bağlı qapı arxasında qalan uşaqlar xilas edildi

Bakıda bağlı qapı arxasında qalan uşaqlar xilas edildi

10 Oktyabr 2026 - 10:16

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərində bağlı qapı arxasında qalma ilə bağlı müraciətlər...

Ceyranbatan qəsəbəsində yaşayış binasında yanğın baş verib

Ceyranbatan qəsəbəsində yaşayış binasında yanğın baş verib

09 Oktyabr 2026 - 17:48

Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən...

Bu il 9 velosipedçi yol qəzasında ölüb, 8 nəfər xəsarət alıb

Bu il 9 velosipedçi yol qəzasında ölüb, 8 nəfər xəsarət alıb

09 Oktyabr 2026 - 14:44

"Velosipedçilər yol hərəkətinin müdafiəsiz iştirakçılarıdır və velosipeddə sürücünü qəza zamanı qoruya biləcək konstruktiv təhlükəsizlik elementləri olmadığından, toqquşmalar onlar üçün ağır...

Next Post
Azərbaycanda dövriyyədən çıxarılmış narkotikin manatla ekvivalenti açıqlandı

Azərbaycanda dövriyyədən çıxarılmış narkotikin manatla ekvivalenti açıqlandı

Məsrur Bərzani Prezident İlham Əliyevə təbrik ünvanlayıb

Məsrur Bərzani Prezident İlham Əliyevə təbrik ünvanlayıb

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Şahbaz Şərif İlham Əliyevə zəng edib

Şahbaz Şərif İlham Əliyevə zəng edib

10 Oktyabr 2026 - 14:01
İsmayıllıda ev və köməkçi tikili yanıb

İsmayıllıda ev və köməkçi tikili yanıb

10 Oktyabr 2026 - 13:50
EYBA-nın payız konfransının iştirakçıları konsert proqramında iştirak ediblər – FOTO

EYBA-nın payız konfransının iştirakçıları konsert proqramında iştirak ediblər – FOTO

10 Oktyabr 2026 - 13:30
Sabahın havası açıqlanıb

Sabahın havası açıqlanıb

10 Oktyabr 2026 - 13:11
Madina Kaisinova dünya çempionatında mübarizəni dayandırdı

Madina Kaisinova dünya çempionatında mübarizəni dayandırdı

10 Oktyabr 2026 - 13:00
Azərbaycanın İsveçdəki səfiri SSANA nümayəndələri ilə görüşüb

Azərbaycanın İsveçdəki səfiri SSANA nümayəndələri ilə görüşüb

10 Oktyabr 2026 - 12:49
NATO-dan Putinin kəskin xəbərdarlığına cavab: Kalininqradı blokadaya almayacağıq

NATO-dan Putinin kəskin xəbərdarlığına cavab: Kalininqradı blokadaya almayacağıq

10 Oktyabr 2026 - 12:21
Camal Qamzatxanov dünya çempionatına qələbə ilə başladı

Camal Qamzatxanov dünya çempionatına qələbə ilə başladı

10 Oktyabr 2026 - 12:00
Torres Fransada ayın ən yaxşı futbolçusu seçildi

Torres Fransada ayın ən yaxşı futbolçusu seçildi

10 Oktyabr 2026 - 11:41
Milli Məclisin deputatları ABŞ Konqresinin Senatorlarına və Nümayəndələr Palatasının üzvlərinə müraciət ünvanlayıb

Milli Məclisin deputatları ABŞ Konqresinin Senatorlarına və Nümayəndələr Palatasının üzvlərinə müraciət ünvanlayıb

10 Oktyabr 2026 - 11:27
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi müəyyənləşib

Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi müəyyənləşib

10 Oktyabr 2026 - 11:25
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib – SİYAHI

Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib – SİYAHI

10 Oktyabr 2026 - 11:20
Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

10 Oktyabr 2026 - 11:13
BDYPİ yağışlı hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib

BDYPİ yağışlı hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib

10 Oktyabr 2026 - 10:59
Neft yenə 105 dollara yaxınlaşır

Neft yenə 105 dollara yaxınlaşır

10 Oktyabr 2026 - 10:42
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.